Muğam sənəti

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 48
Səs ver:
(səs: 0)
Muğam şərq xalqlarının musiqisində şifahi ənənələr əsasında ustad-şagird münasibətləri zəminində nəsildən-nəslə ötürülən professional musiqi sənətidir. Mürəkkəb ideya – emosional məna daşıyan, məntiqi təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edir. Muğam yarandığı zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmışdır. Bütün Şərq xalqlarının mədəniyyətində mövcud olan bu musiqi növü azərbaycanlılarda muğam, iranlılarda dəstgah, ərəblərdə makam, türklərdə təqsim, tacik və özbəklərdə şaşmakom, uyğurlarda patet, qazaxlarda küy, qırğızlarda kü və s. adlanır. Belə ad müxtəlifliyinə baxmayaraq, onları birləşdirən əsas cəhət muğamın yalnız professional musiqiçilər tərəfindən yaradılması və ifa olunmasıdır. Muğam tipli sənət nümunələri bütün Şərq xalqlarında əsrlərdən bəri sabit qanunlar əsasında çalınıb-oxunaraq yaradılan silsilə əsərlərdir. Lakin hər bir xalqın mədəniyyətinə və musiqisinə xas olan milli xüsusiyyətlər bu sənət növündə - həm musiqidə, həm də ifaçılıqda özünü büruzə verir. Bu da onları bir-birindən fərqləndirən əsas cəhətdir.

Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın tarixi çox qədimdir. Alimlər muğamın yaranmasını islamaqədərki dözrə aid edir, onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə insanların ruhunu təmizləməsi, saflaşdırması fikri də söylənilir. Muğamları hətta planetlərlə əlaqələndirirdilər: “Nəva” muğamı – Ay planetinə, “Busəlik” – Merkuri, “Rast” – Venera, “Əraq” – Günəş, “Üşşaq” – Mars, “Zirəfkənd” – Yupiter, “Rəhavi” – Saturn planetinə uyğundur.

Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi nəva, rah, xosrovani adlanırdı. Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi formalaşması X-XII əsrlərə “Müsəlman Renessansı” dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi muğamın da inkişafına təkan verdi. Şərq poeziyasının ən mükəmməl şeir forması olan qəzəl ərəb dilinin xüsusiyyətləri ilə sıx bağlı olduğuna görə, qəzəllər əsasında oxunan muğam melodiyalarının quruluşunda əruz vəzni böyük rol oynayır.

Muğama aid janrlar bunlardır: muğam dəstgahları, zərbi muğamlar, kiçik həcmli muğamlar, təsnif və rənglər. Muğamlar vokal – instrumental və instrumental şəkildə ifa olunur. Muğamın bütün tərkib hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əks etdirir.

Muğamın hər bir hissəsi (şöbəsi, guşəsi) çox vaxt özü – özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını itirmir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 48
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
muqamimiz gozeldir
9 iyul 2019 12:21
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri