Toyun 10 illik yubileyi və ya Qızıl gül günü

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 19 820
Səs ver:
(səs: 6)
Ailənin ilk "iki rəqəmli” yubileyi – toyun 10 illiyidir. Həmin günün səhəri arvadın gözünü açıb gördüyü ilk şey qızılgül dəstəsi olmalıdır.
Ümumiyyətlə, gül dəstəsində qızılgüllərinin sayı birgə yaşanan illərin sayına bərabər olmalıdır. Lakin ölkəmizdə cüt rəqəmli güllərin bəxş olunması yaxşı əlamət sayılmadığından, dəstəyə daha çox qızılgül qoya bilərsiniz – məsələn, 11, 15. Əsas odur ki, güllərin sayı 10-dan az olmasın.
Həmin günü möhtəşəm qeyd olunmalıdır. Adətən, toyda iştirak edən bütün qonaqlar dəvət olunur. Lakin ən əsası odur ki, gəlinin rəfiqələrini və nigah şahidlərini dəvət edəsiniz. 

Hər bir qonaq özü ilə qırmızı qızılgül gətirməlidir. Axşam bu güllərin ləçəkləri yığılır və yeni evlilərin yataqları onlarla bəzədilir. 

Güllərdən əlavə, ər-arvada müxtəlif hədiyyələr bəxş olunur. Məsələn, interyer əşyaları və ya qab-qacaq. 
Toyun 10 illik yubileyinin digər adı – "kəhrəba toyu” dur. Bu ada əsaslanaraq, ailəyə kəhrəbalı bəzək əşyaları hədiyyə olunur. 
ABŞ-da toyun 10 illiyi almaz toyu adlanır. İşgüzar amerikalılar toyun yubileylərini hər hansı əfsanələrə əsaslanaraq deyil, həmin gün almaq istədikləri hədiyyələri nəzərdə tutaraq adlandırmışlar.
İstənilən halda, hər bir cütlük hesab edir ki, ailə həyatının 10 illik yubileyi qeyri-adi təşkil olunmalıdır. Məsələn, Devi dvə Viktoriya Bekxemlər toylarının 10 illik yubileyini Devidin icarəyə götürdüyü tropik adada keçirmişdilər. 
 
(səs: 6)
Şərhlər: 3
Baxılıb: 19 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri