Azərbaycanda toy adətləri - paltarbiçdi, qız şahı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 283
Səs ver:
(səs: 0)
Fətirüstü
Kənd yerlərində toy şənliklərinə 3-4 gün qalmış, yuxaüstü günü münasibətilə qız evinə yığışan qadınlar toy süfrəsi üçün fətir, yuxa və digər çörəkləri bişirirlər. Bu zaman oğlan evindən bir dəstə qadının başda bəy oğlanın anası olmaqla, qızgilə gəlib çörək bişirənlərə xələtlər paylayarlar.

Bəzi yerlərin şivə dilində isə bu ad elə "yuxa günü" mərasiminin öz adıdır. Artıq qız evində toy tədarükü görülür, qab-qacaq yığılaraq düzülür. Səhər tezdən ocaqlar qalanır, qadınlar fətir bişirməyə başlayırlar. Cavan qızlar fətir bişirənlərə qulluq edirlər.

Oğlan evindən də başda oğlanın anası olmaqla bir qrup qadın qız evinə gəlirlər. Fətir bişirənlərə xələt verirlər. Axşam heyvan kəsilir, cavanlar yığılıb içalat kababı bişirir, "baş-ayaq asırlar".

Mağar qurulur, oturacaqları, çıraqları düzürlər. Mağarı xalça-palazla bəzəyirlər. Sabah üçün bütün işləri gecədən görüb qurtarırlar.

Çörəkbişirdi
Toy günündən üç gün qabaq təcrübəli qadınlar, qız-gəlinlər yığışıb oğlan və ya qız evinə "çörəkbişirdi"yə gəlirlər.

Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş bişirilir. İlk bişən çörək oğlan və qız anasına verilir. "Süfrəniz bərəkətli, çörəyiniz isti olsun" deyilir.

Paltarbiçdi
Toydan qabaq qız evində "paltarbiçdi" adlı toy mərasimi keçirilir. Burada ancaq qadınlar – oğlanın anası, bibisi ( bəzi bölgələrdə "mama" deyirlər), xalaları, bacıları iştirak edirlər. Bu məclisdə ancaq qadınlar iştirak edirlər. Paltarbiçdidə gəlinin adına alınmış bütün hədiyyələr oğlanın bacısı tərəfindən bir-bir məqsim iştirakçılarına göstərilir. Bu mərasimin əsas məzmunu oğlan tərəfindən alınmış toyluq parçaların qız evinə aparılmasıdır.

Adətən paltar aparılarkən özləri ilə birlikdə geyim əşyaları və biçib-tikməyi bacaran bir nəfər qadın da götürülür. Paltar biçərkən həmin qadın mütləq qayçını parçaya toxundurur və qayçının kəsmədiyini elan edir. Oğlanın anasından "qayçı kəsdi" pulunu aldıqdan sonra geyimləri biçməyə başlayır. Nəyi göstərirlərsə, məclis əhli hamısına "Allah xeyir versin", "Oğullu-qızlı olsunlar", "Qoşa qarısınlar" və s. xeyir-duaları verirlər. Qız anası paltarları göstərənə hədiyyə verir.

Qohum-əqrəba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatlardan götürərlər. Qızın bacısı isə cehizi göstərir. Daha sonra cehizlər oğlan evinə aparılır və gəlin otağı bəzədilir. Mərasimin sonunda burada iştirak edənlərə yemək verilir və onlardan "nəmər" toplanır. Bu pullar yeni evlənənlərə çatdırılır.

Ev bəzəyən qızlara oğlan anasından xələt verilər, stol açılar, hamı yeni evlənənlərə xoşbəxtlik diləyir.

Qız şahı
Toyu olan qızın bacılığı bir qayda olaraq "şax" qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Taxtadan düzəldilmiş lövhənin üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəmək xüsusi zövq tələb edir. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən ona "şax" qaldırır.

Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya bacılığıgilə gəlirlər. Yeyilər, içilər və oynayarlar. Axşam təxminən saat 9:00-da, oğlan evindən cavanlar qız şaxına gəlirlər . Mərasimə bəy və qardaşlıq gəlirlər. Həyətdə "lopa" yandırır, tonqal qalayır və oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata qız evinə gəlirlər. Qız evində də yeyib-içib şənlənirlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri