Azərbaycanda toy adətləri - yolkəsdi, gəlin aparma

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2696
Paylaş:
Səs ver:
(səs: 0)
Yolkəsdi
Kənd toylarında gəlin aparılan zaman, bir adət-ənənə kimi, məhəllə cavanlarının kəndir-sicim ilə toy alayının qarşısını kəsmək adəti vardır. Burada yolu kəsmiş cavanlara oğlan evi adamları tərəfindən verilən nəmər verilməlidir. Ona daha çox "yolkəsdi nəməri" deyirlər.

Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan Vağzalının sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya-oynaya, oxuya-oxuya deyirlər:

Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymaz. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini 3 dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.

Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atarlar ki, aydınlıq olsun. Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Bu evin xanımı olmağına işarədir. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurbanı kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanli olsun, oğlan evinə tez qaynayıb-qarışsın.

Gəlinin qayınanası başına sığal çəkər ki, mehribançılıq olsun. Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun. Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdışla, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı bir ağızdan "xoşbəxt olsun", "oğullu-uşaqlı olsunlar" deyir. Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlirlər.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2696
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv