Gülməli boşanma adətləri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1348
Paylaş:
Səs ver:
(səs: 0)
Bəzi insanların həyatında bir məqam vardır,hansıki-gözlər yol çəkər,ürək göynəyər,vücudlar bir-birini tərk edər.''Boşanmaq'' adlandırdığımız bu an çoxlarını göz yaşınada boğar.Amma mən bu gün sizlərlə bu haqda bölüşərkən üzünüzdə gülüş yaranacaq.

Bu yaxınlarda mütaliə edərkən bir neçə ölkənin qədim adət-ənənələri içində boşanma səbəblərini görərkən çox təəccübləndim. Qeyd edim ki, bu adətlər qədim tarixdən götürülüb. Buyurun...

Başlayaq Türkiyədən. 8 yaşına çatarkən qızlar hicaba bürünürlər,evləndikdən sonra qadının üzünü heç bir kişi görməməlidir,əks halda boşanılır. Rəvayətə görə xəstəni müalicəyə gələn kişi həkimlər də gözü bağlı gələrdi,kimi müayinə etdiyindən xəbərsiz olurdu ki, xəstəsini boşamasınlar.
İraqda şiə ehkamına görə boşanmağın 2 növü varmış; tam boşanma və sonradan geri götürməyə icazəsi olan boşanma.İkinci halda ər-arvada 1 il muddətinə şans verərdilər. Əgər 1 il ərzində barışmasalar-boşanma qəti sayılardı.Bu zaman kişi ''talağ haqqı'' ödəyərmiş,onu da qohumlar hər ehtimala qarşı toydan qabaq müəyyənləşdirərdi.

Əfqanıstanda qadın boşanmaq istərsə,onun ikinci dəfə evlənmək hüququ olurdu.Amma 1 şərtlə ki,ikinci həyat yoldaşı biricinin çəkdiyi toy xərcini ödəməliydi.
Yaponyada gülməli hallar boşanmaya gətirib çıxarardı.Yaponlara görə insan yatarkən aldığı vəziyyət onun tərbiyəsindən aslıdır.Yəni,kişi qadınının yatış vəziyyətindən narazıdırsa, boşanacaq.

Gülməli boşanma səbəblərinə İngiltərədə indi də rast gəlinir.Məlumdur ki,evdarlıq qadın işidir.Amma milanlı qadınlar kişilərin ev yığmaq,qab-qacaq yumasından narazı olarsa, boşanmağa qərar verəcək.

Livanda köhnə adətlərin hökm sürdüyü bəzi ailələrdə qadın evdən çıxarkən ərindən icazə almalıdır.Əgər, kişi ''get,yenə qayıt'' deyərsə,hər şey yaxşıdır demək ki.Yox əgər  ''get'' deyərsə, son iki kəlməni deməzsə-niyyəti bəllidir deməli.
Madaqasqarda müvəqqəti boşanmalar vardır.Kişi işiylə bağlı uzunmüddətli ezamiyyətə gedərsə, arvad boşanar.Kişi qayıdandan sonra,istərlərsə təntənəli sürətdə nigahı bərpa edərlər.

Hindistanda Manu qanunları qüvvədə olan qədim dövrdə yalnız kişi boşana bilərdi.Lakin 3 halda boşanmaq istəyi sayılmazdı-8 illik evlilikdən sonra övladı doğularsa,ailədə ölü uşaq doğularsa və evliliklərin 11- ci ilində qız uşağı doğularsa...

İndi də müasir Hollivud evliliklərini xatırlayaq.Bu evliliklərdə toylar füsünkar nağılı xatırladır.Amma boşanmalar tez-tez olur.İki insanın xoşbəxtliyi ''bal ayı'' ilə birgə bitir.Sonra hüquqşunaslar işə girişir,əmlaklar və övladlar bölünür.

Gülməli də olsa,sonradan iki səmimi dosta çevrilən bu cür insanlar yaranır cəmiyyətdə.

Bax belə,əziz qadınlar! Unutmayaq nigah-ömrün sonunadək davam edən hüdudsuz və daimi məhəbbət deməkdir.Hamınıza xoşbəxt nigah,qarşılıqlı hörmət və məhəbbət diləyi ilə...

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook