Elçilik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 12 005
Səs ver:
(səs: 0)
Xalqımızın gözəl adətlərindən biri də elçilikdir.Belə ki,elçiliyə adətən əvvəlcə qadınlar gedir ki,yeni qızın ağzını arasınlar.Görsünlər razıdır ya yox?Əlbətdə qız və oğlan bir-birini sevir,amma adət belədir.Sonra kişilər sayılıb seçilən ağsaqqalları gətirib qız evinə gedirlər.Ev sahibi heç nədən xəbərsizmiş kimi qonaqları qarşılayır,ordan –burdan söhbət edirlər.Çay gəlir onda həmin ağsaqqalar gəlişlərinin məqsədini deyirlər.Deyirlər ki, qız atası razısanmı çayından içək?Razı deyilsənsə durub gedək.Ata da həyat yoldaşını çağırır sözü ona deyir ,deyir ki,get gör qızın razıdırmı?!Ana da gedir.Qayıdıb gələndə deyir ki,için çayınızı,yəni razıyıq.Evdə bir şadyanlıq olur.Təbii ki,sevənlərin qovuşması gözəl bir şeydi.Hələki bu işdə ailələrin də razılığı varsa daha yaxşı olur.Sonra da ailələr nişan günün danışırlar.Ondan sonra da digər xeyir işlər və nəhayət toy olur. Bu barədə düşünəndə birdən ağlıma siz gəldiniz.Çünki saytımızın əksər xanımları evli və nişanlıdır.Bəs görəsən onların elçilik işi necə olub? Əziz saytımızın xanımları,sizə ilk elçi gəlinən gün yadınızdadırmı? O günü necə xatırlayırsınız???
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 12 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri