Qoy hər evdə toy olsun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 926
Səs ver:
(səs: 1)
Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar, kosmetik vasitələr, zinət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.

Qıza nişanda alınan paltarlar adətən qırmızı rəngdə olur.

Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən önəmli atributlarından biridir.

Nişan Novruz bayramı ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır.

Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir.

Nişanda təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır.

Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə üçün soğandan başqa bütün ərzaq göndərilir.

Yemək süfrəsindən sonra, ortaya oğlan evindən gətirilmiş tort verilir.

Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar. Qabağına güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər.

İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Baxmayaraq ki, müasir şəhərlərdə bu adət unudulub.

Elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz.

Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməzdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

Qız evinə gələn elçilər ilk dəfə hər şeyə dərindən fikir verirlər. Bu zaman elçilər qız anasının bacarığına, qonaqlara açılan süfrənin nizamına, evin səliqə-səhmanına göz qoyurlar, eyni zamanda özləri haqqında da həmin ailədə müsbət fikir yaratmağa çalışırlar

Böyük nişan mərasimi – "nişantaxdı" zamanı oğlan evindən gətirilib ərə veriləcək qızın sol əlinin adsız barmağına nişan üzüyü taxılır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri