Hamam ədəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 624
Səs ver:
(səs: 4)
Ümumi təmizliyə görə ən azı həf­tədə bir dəfə hamam­lan­maq məs­lə­hət­dir.

Hamama sol ayaqla girilir və sağ ayaqla çıxılır.

Hamama girmədən əvvəl ha­ma­mın təmiz olmasına diq­qət edin.

Ətrafa çox su sıçramaması üçün müm­künsə bir otura­caq üzərinə otu­rub çimmək lazımdır.

Əgər təmizlənmək üçün istifadə edə­cəyiniz su bir qabda (vedrədə) isə əli­nizi onun içərisinə soxaraq is­ti­lik də­rəcəsini yoxlamayın. Dolça ilə bir az gö­türüb kənarda əlinizə tö­kərək yox­la­yın.

Hamamda ikən havalandırma sis­te­minin olmasına və ya havalan­ma­nın aparılmasına diq­qət edin.

Çimdikdən sonra hamamı təmiz və gözəl görünəcək şə­kil­də qoyub çıx­maq yaxşıdır. Çıxar­kən hamamda pal­tar, sabun, şampun, üzqırxma aləti və s. qalmamasına çalışın.

Həftədə bir əl və ayaq dır­naq­la­rı­nın təmizliyinə, 15 gün­də bir isə qol­tuq altı və digər yerlərin təmizliyinə ça­lış­maq lazımdır.

Normal hava şəraitində hər həftə alt paltarınızı də­yiş­mə­­niz məsləhətdir. Çox tərləyənlər isə üç gündə bir də­yişdir­sə­lər yaxşıdır. İsti günlərdə və çox fiziki işlə məş­ğul olanlarda bu artıb-azala bilər.

Daha yaxşı təmizlik üçün lif, ki­sə və s. hamam əşya­la­rın­dan istifadə et­mək lazımdır.

Hamamda danışmaq, oxumaq, bir şey yemək-içmək və s. ədəbə uyğun deyil.

Hamamdan çıxarkən pal­ta­rı­nı­zın nizamlı və düzgün ol­masına diqqət edin.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri