Novruz süfrəsi

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 7 207
Səs ver:
(səs: 3)
Novruz bayramının əsas atributlarından biri də Novruz süfrəsidir. Bu süfrənin əsas özəlliyi odur ki, burada ancaq milli yeməklər olur, şirniyyat və qovurğa da qoyulur. Bundan başqa müxtəlif şərbətlər, milli içkilərə də yer verilir.

Novruz süfrəsinin müxtəlif təamlarla bol olmasına xüsusi fikir verilir. İnanca görə növbəti ilin uğurlu, bərəkətli olub-olmaması sırf bundan asılıdır. Süfrədə çörəyin olması vacibdir. Hətta ən zəngin və kasıb süfrələrdə belə buna rast gəlinir. Çünki çörək bütün nemətlərin ən əsası və vacibi hesab edilir. Adətə görə bayram süfrəsindən heç nəyi atmaq olmaz. Ən kiçik, ən balaca hissəyə qədər hər şey yeyilməlidir. Bu qaydaya əməl etməmək olduqca pis davranış hesab edilir.

Bayram süfrəsində şirniyyatlar xüsusi yer tutur. Şəkərbura, paxlava, qoğal və s. bayramın "olmazsa olmaz”larındandır. Bundan başqa müxtəlif rənglərdə boyanmış yumurtalar da süfrəyə xüsusi bəzək verir.

Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar acı olduğundan uğursuzluq , bədbəxtlik əlaməti sayılır.

Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Bu sırada fala baxmaq ilk sırada durur. Belə ki, gənc qızlar bayram günü duzlu kökə bişirirlər. Bu kökə balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin qızlara gələcək nişanlıları su verirlər. Bir digər adətə görə isə qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək. Bundan başqa səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan, əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab olunur.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 7 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri