Hava necə olacaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 834
Səs ver:
(səs: 0)
Sabah havanın necə olacağını bilmək istəyirsiniz? Bunu lap dəqiq söyləmək əlbəttə, çətindir. Çünki havada elə qəfil dəyişikliklər olur ki, onların hamısını qabaqcadan müəyyən etmək çətindir. Ancaq xalq arasında uzun illərdən bəri toplanmış əlamətlər vardır ki, onlarla havanı müəyyən qədər təyin etmək olur.

Axşam gün batarkən qüruba baxmaq.
Əgər gün batarkən göyün üzü qızılı, ya da açıq çəhrayıdırsa, deməli, sabah hava yağmursuz və aydın olacaq. Yox, əgər səhər gün çıxarkən və axşam batarkən göyün üzü al qırmızıdırsa, deməli, hava dumanlı və tutqun olacaqdır.

Bacalardan çıxan tüstüyə bax.
Əgər tüstü düz yuxarı qalxırsa, deməli sabah hava aydın və yağmursuz olacaq. Yox, əgər tüstü üfüqi vəziyyətdə yerə doğru əyilirsə, onda sabah hava dumanlı və tutqun olacaq.

Əgər gecə hava sakit olub, səhər külək qalxıbsa və günorta külək şiddətlənib, axşam yenidən yatıbsa, deməli, sabah hava yağmursuz və aydın olacaq. Yox, əgər axşama yaxın külək bir qədər şiddətlənibsə, deməli, hava pis olacaq, yağış yağacaq. Əgər göyün üzü bütün günü açıqdırsa, deməli, sabah da hava belə aydın olacaq. Əgər hava aydın olanda külək qəflətən istiqamətini dəyişirsə, deməli, hava pis olacaq. Botaniklər barometr kimi havanın vəziyyətini bildirə bilən dörd yüz bitki müəyyən etmişlər. Bu bitkilərə hər yerdə-bağda, bostanda, çöldə, meşədə, bataqlıqda rast gəlmək olar.

Arılar sarı akasiyanın və ya doqquzdon kolunun ətrafında vızıldaşırlarsa, deməli yağış yağacaq. Sarı akasiyanın və doqquzdon kolunun çiçəkləri yağışqabağı daha çox şirə buraxır, sanki onlar hava soyuyana kimi çiçəklərini tozlandırmağa çalışırlar. Şirənin ətri arıları cəlb edir, onlar da dəstə ilə kolların ətrafında uçuşurlar.

Meşədə isə barometri vəzifəsini şimal moruğu görə bilər. Şimal moruğu yağışın yağmasına 15-20 saat qalmış, adətən büzük yarpaqlarını açır.
İstidir. Səma tam buludsuzdur. Qəşəng bir yay günüdür! Birdən görürsən ki, bir kəpənək quru budaqların arasında gizləndi, o biri isə ağac koğuşuna girdi. Deməli, mütləq tufan olacaq. Kəpənək tufanı bir neçə saat qabaqdan hiss edib, tələsik bir yerdə gizlənir. Lakin göyün üzü açılıb günəş görünən kimi kəpənək yağış vaxtı gizləndiyi yerdən çıxır, yenidən çiçəkdən-çiçəyə qonur...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri