Oğlanlarda cinsi yetkinlik

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 976
Səs ver:
(səs: 0)
Cinsi yetkinlik hansı yaşda başlayır?
Oğlanlarda cinsi yetkinlik 11-12 (qızlardan bir il gec), bəzən isə 10-14 yaşlarında başlayır. Oğlanlarda cinsi yetkinliyin ilk əlaməti xayaların böyüməsi, xaya kisəsinin nazikləşməsi və tündləşməsidir (qaralması). Sonra isə cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq və üz nahiyələrinin tüklənməsi başlayır.

Oğlanlarda cinsi yetkinlik dövründə daha hansı dəyişikliklər qeyd edilir?
Cinsi yetkinlik fonunda sümük, əzələ, reproduktiv və digər sistemlərdə dəyişikliklər başlayır, həmçinin:

Səsin dəyişməsi
Cinsi yetkinlik dövrünə xas olan əlamətlərdən biri də səsin dəyişilməsidir. Qırtlağın genişlənməsi, onun əzələlərinin və səs tellərinin inkişaf etməsi səsin dəyişməsinə gətirib çıxarır. Bu səciyyəvi əlamətdir. Nəticədə səsin tembri daha aşağı olub, kişi səsinə çevrilir.

“İslaq” (nəm) yuxular
Cinsi yetkinlik dövründə siz mələfənizin nəm olduğunu müşahidə edə bilərsiniz. Bu “islaq” (nəm) yuxu və ya polyusiyadır ki, bu da yuxuda baş verən eyakulyasiya ilə əlaqədardır. İslaq yuxular heç də həmişə seksual xarakterdə yuxular zamanı qeyd olunmur. “İslaq” (nəm) yuxular cinsi yetkinlik dövründə oğlanlar üçün normal əlamət sayılır və cinsi yetkinlik prosesinin bir hissəsidir. Bu əlamət necə başlayırsa, eləcə də başa çatır, bu prosesə müdaxilə edilməməlidir.

Qeyri-ixtiyari ereksiya
Oğlanlarda cinsi yetkinlik zamanı qeyri-ixtiyari, spontan ereksiya baş verir. Ereksiya cinsiyyət üzvünün böyüməsi və bərkiməsidir. Ereksiya cinsiyyət orqanına toxunmadan və seksual fantaziyalar düşünmədən baş verir. Bu gözlənilməz ereksiyalar ictimai yerlərdə (məktəb) baş verdikdə çaşqınlıq baş verə bilər. Belə hallar normal sayılır və vaxt keçdikcə az-az rast gəlir. Bu gözlənilməz vəziyyətdən çıxmaq üçün geniş şalvar geymək lazımdır ki, qeyri-ixtiyari ereksiyanı gizlətmək mümkün olsun.

Döşlərin böyüməsi
Cinsi yetkinlik dövründə oğlanların çoxunda döş vəziləri böyüməyə başlayır. Belə təsəvvür yaranır ki, döş giləsinin altında şişkinlik əmələ gəlmişdir. Döş vəzi çox həssas və hətta ağrılı ola bilər. Bir neçə aydan sonra bu şişkinlik çəkilir. Oğlanlarda həqiqi döş vəziləri inkişaf etmir. Bu vəziyyət ginekomastiya adlanır, hormonal dəyişikliklər nəticəsində əmələ gəlir və cinsi yetkinlik dövrü üçün səciyyəvidir.

Dəri
Sizin dəriniz daha yağlı və tərli ola bilər. Bu piy və tər vəzilərinin funksiyasının artması ilə əlaqədardır. Hər gün duş qəbul edin, dezodorant və antiperspirantlardan istifadə edin. Yeniyetmələrin demək olar ki, hamısında çivzələr (akne) əmələ gəlir.

Bədən quruluşu
Cinsi yetkinlik dövründə boyun artma tempi çox yüksək olur və cinsi yetkinləşmə prosesi başlandıqdan 2 il sonra ən yüksək həddə (pik) çatır. Əllər, ayaqlar, qollar, pəncələr bədənin digər ohissələrinə nisbətən daha sürətlə böyüyür. Bədənin digər hissələri tam inkişaf edənədək, siz özünüzü narahat hiss edirsiniz. Oğlanların və qızların uşaq yaşlarında boyu təxminən eyni olsa da, cinsi yetkinlik başladıqdan sonra vəziyyət dəyişir. Yuxarı siniflərdə qızlar oğlanlardan daha hündür olsalar da, vaxt keçdikcə oğlanlar onları ötür, onların bədən quruluşu dəyişir, əzələ toxuması inkişaf edir, çiyinləri genişlənir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri