Kişiləri seksdən uzaqlaşdıran səbəblər

Müəllif: Onun_Mələyi
Şərhlər: 1
Baxılıb: 6 364
Səs ver:
(səs: 0)
Qadınların təsəvvüründə kişilər haqqında belə bir yalnışfikir formalaşıb: “Onlar seks düşkünüdürlər”, “Zamanın, məkanın fərqi yoxdur nə vaxt qarşılarına belə bir “fürsət” çıxsa, onu dəyərləndirmək üçün əllərindən gələni edərlər”. Əslində isə bu iddia o qədər də reallığa uyğun deyil. Əslində elə hallar olur ki, qadınlar kimi kişilər də sekslə məşğul olmaq marağında olmurlar və əksər kişilər üçün bu səbəblər demək olar ki, eynidir. Bəs bu səbəblər hansılardır? İndi bu barədə sizə məlumat vermək istəyirirk.

1.Müxtəlif dərman preparatları.
Kişilərin depressiya əleyhinə istifadə etdiyi müxtəlif dərman vasitələri onların cinsihormonlarının inkişafını aşağı salır. Bu isə seks istəyinin azalmasına səbəb olur.

2.Yuxusuzluq.
Yetkinlik dövründə və münasibətin ilk illərində kişilər seksə yuxudan daha çoxəhəmiyyət verirlər. Zaman keçdikcə isə onlar üçün seks əvvəlki əhəmiyyətini itirir və yuxu əsas plana keçir. Buna görə də yuxusuz yetkin kişi üçün seks barədə düşünmək heç də cəlbedici deyil.

3.Şəxsi həyat.
Şəxsi həyatları, tutduqları vəzifə, ailələri, dostları ilə bağlı hansısa ciddi problemləri olan kişilərin düşündükləri ən axrıncı şey seks olur desək, yanılmarıq. Çünki həyatı qaydasında olmayan heç bir kişi vaxtını əlavə əyləncələr haqqında düşünməyə sərf etmək istəmir.

4.Seksə qarşı marağını itirmə.
Bəzi kişilər sekslə məşğul olmaqdansa, ondan uzaq durmağı üstün tuturlar. Bunun səbəbi çox vaxt tərəf müqabilləri ilə yaşadıqları hansısa problem, partnyorlarının vücuduna uyğunlaşa bilməmək və ya öz fiziki quruluşları ilə bağlı hansısa komplekslərlə əlaqəli olur. Bu vəziyyətə qalib gəlmək üçün ən təsirli vasitə heç nədən çəkinmədən qarşı tərəflə üzbəüz oturub problemləri bölüşmək və onların həlli yolunu axtarmaqdır.

5.Stress.
Stresin səbəbləri müxtəlif ola bilər. Maddi vəziyyətdən tutmuş ailə ilə münasibətə qədər ən müxtəlif mövzular kişilərdə stress vəziyyətinin yaranmasına səbəb ola bilir. Maraqlısı budur ki, qadınlarla müqayisə edildikdə kişilərdə bupsixi vəziyyət daha uzun müddət davam edir və bu səbəbkişiləri seksdən uzaqlaşdırır.

6.Masturbasiya
Bəzi hallarda kişilər intim münasibətdənsə, masturbasiyanı üstün tuturlar. Bu sahədə uzun müddət “təcrübəsi” olan kişilər üçün getdikcə qarşı cinslə yaşaya biləcəkləri gecə həyatı maraqsızlaşmağa başlayır.

7.Şəxsi qorxular
Əminik ki, bu fakt xüsusilə qadınların marağına səbəb olacaq. Deməli, kişilər üzərində keçirilən psixoloji tədqiqatlar sübut edir ki, qadınlar kimi kişilər də elə düşünür ki, romantik, tam qaydasında davam edən bir münasibətdə seksə yer ayırsalar, bu onların münasibətinə mənfi təsir edəcək. İntim münasibətdən sonra qarşı tərəfə maraqlarının itəcəyini düşünüən kişilər, çox vaxt məhz bu səbəbə görə cinsi həyatdan uzaq dururlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri