Gündə bir kişiylə yatan qadınlar əxlaqsız deyil - Cinsi əlaqədən doymayanların xəstəliyi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 5 136
Səs ver:
(səs: 0)
Cəmiyyətdə “əxlaqsız qadınlar” kimi səciyyələndirilən bir çox qadınlar var ki, onlar müxtəlif partnyorlarla cinsi əlaqədə olmaqdan zövq alır, buna görə fahişələr kimi pul almırlar. Sadəcə olaraq seksdən doymurlar və partnyorlarını tez-tez dəyişirlər. İnsanlar onları əxlaqsız adlandırır, bunun “nimfomaniya” adlanan patologiya olduğunu bilmirlər.

Nimfomaniya qadınlarda həddindən artıq cinsi əlaqə hərisliyi, hiperseksuallıqla özünü biruzə verən patoloji hal, yaxud xəstəlikdir. Bu haldan əziyyət çəkən qadınlar nimfomanlar adlanırlar. Nimfomanlarda hədsiz, idarəolunmaz dərəcədə müxtəlif partnyorlarla cinsi əlaqəyə girmək hərisliyi mövcud olur. Nimfomaniyadan əziyyət çəkən qadınlar üçün cinsi əlaqəyə girəcəkləri şəxsin yaşı, sosial durumu, xarici görünüşü, hətta cinsi bir əhəmiyyət daşımır.

Nimfomaniyadan əziyyət çəkən gənc qadınlar bir qayda olaraq öz vəziyyətləri barədə kiminləsə danışmağa utanırlar. Belə qadınlar yalnız bu hal onlara narahatlıq verdiyi təqdirdə həkimə müraciət edirlər.
Nimfomatiklər sosial həyatda bir çox çətinliklərlə üzləşirlər: onlar ailələrini, işlərini, dostlarını, hətta sosial statuslarını itirmək təhlükəsi yaşayırlar. Belə qadınlar tez-tez depressiya düşür və hətta onlarda sui-qəsd fikirləri yaranır.

Əgər sizi yüksələn libido narahat edirsə, o zaman fikirlərinizi seksdən başqa istiqamətlərə yönəltməyə çalışın:
•İş keyfiyyətinizi artırın
•Trenajor zalında idmanla məşğul olun
•Otlardan dəmlənmiş çaylar için
•Cinsi həvəsi artıran qidalardan uzaq durun. Bu qidalara dəniz məhsulları, pendir, şokolad, kərəviz, qoz və s. aiddir.
Əgər bütün bunlar kömək etmirsə, o zaman seksoloqa müraciət edin. Bu zaman narahatlığın səbəbi aşkarlanacaq və müvafiq müalicə metodu təyin ediləcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri