Prezervativdən istifadə edərkən edilən - 8 YANLIŞ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2769
Səs ver:
(səs: 1)
Prezervativ arzuolunmaz hamiləlik və cinsi yolla yoluxa biləcək xəstəliklərə qarşı qorunma üsulların ən başında gələn vasitədir. Lakin düzgün şəkildə istifadə edilmədikdə mənfi tərəfləri ilə qarşılaşa bilərik.

1 – Düzgün tərəfi taxmaq

Prezervativin iç və çöl tərəfini bilmədən düzgün istifadə etməyi bacarmayan kişilər var. Bu yalnış nəticəsində prezervativin səthində olan spermisidlər istifadəsiz qalır. Bununla da prezervativ arzuolunmaz hamiləliyin qarşısını almaqda faydasız olur.

2 – İki ədəd prezervativ taxmaq

“Bunu da edən varmı, deməyin!” Mütəxəssislərin açıqlamasına görə, üst-üstə iki ədəd prezervativ taxan insanlar heç də az deyil. Ancaq cinsi əlaqə zamanı bu, yaşana biləcək mənfiliklərin qarşısını almaz. Əksinə riskin artmasına səbəb olur. Həmçinin boşalma hissinin itirilməsinə gətirib çıxarır.

3 – Prezervativi gec taxmaq

Cütlüklərin yol verdiyi yanlışlardan biri də prezervativi gec taxmaqdır. Ön sevişmənin uzun müddət davam etdiyi vaxtlarda prezervativi gec taxmaq istəyən cütlüklər boşalma anından əvvəl yaşana biləcək riskləri də nəzərə almalıdırlar.

4 – Sərtləşməzdən əvvəl prezervativ taxmaq

Kişi cinsi orqanına sərtləşməzdən əvvəl prezervativin taxılması ucluğun penisə düzgün oturmamasına səbəb olur. Bu zaman kişilərin ereksiya olmamasına şərait yaradır.

5 – Vaxtı keçmiş prezervativ taxmaq

Mütəxəssislər bu məsələyə çox həssas yanaşır. İstifadə müddəti keçmiş dərman və ya yemək necə istifadə olunmazsa, eyni şey prezervativlər üçün də keçərlidir.

6 – Yalnış ölçüdə prezervativ taxmaq

Kişilər bu məsələdə çox vaxt qürur edərək ölçülərində olmayan prezervativ seçimi edirlər. Ancaq cinsi əlaqə zamanı müxtəlif sızıntılara şərait yaranmış olur.

7 – Eyni məhsuldan təkrar istifadə etmək

Günümüzdə bu çox əhəmiyyətli yer tutur. Eyni prezervativdən bir neçə dəfə istifadə etmək, bir həkimin əməliyyatda taxdığı əlcəkdən təkrar istifadə etməsi qədər təhlükəlidir. Mikroblar sizə qorxunc nəticələr yaşada bilər.

8 – Qüsurlu/ cırılmış prezervativ
Bu kimi hallara nadir rast gəlinsə də, istifadə etməzdən əvvəl məhsula yaxşıca diqqət etmək lazımdır. Çünki məhsulun üzərində olan hər hansı yırtıq sonrakı həyatınızın sonrakı günlərini dəhşətə çevirə bilər.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2769
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri