İntim müəllimi danışır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 229
Səs ver:
(səs: 3)
"Qadınların problemi orqazm ola bilməməkdir” 
Sevgilinizlə dəlicəsinə sevişirsiniz. Elə bu vaxt qıraqdan biri: "İndi bir az yumşaq toxun”,- deyir. Bunu deyən adam sizin intim müəlliminiz Erik Amarantdır. O, indiki dövrün ən peşəkar intim müəllimlərindən biridir. İşi siz intimlə məşğul olanda faydalı məsləhətlər vermək, düzgün davranmağı öyrətməkdir.
Erik Amarant kimdir?
Amarant əslində psixoloqdur. ABŞ-ın Virciniya əyalətindəki Uilyam və Meri Universitetinin psixologiya fakültəsində oxuyub. intimi öyrənməyə başlayıb və indi 82 yaşı olan intimoloq Betti Dodsondan xüsusi dərslər alıb. 10 il onunla birgə işləyib. İndi 36 yaşı var Amarantın. Sevgilisi ilə də münasibətləri əladır.
"intim barədə rahat danışan qızlar çox intimual görünürlər, məncə. Sevgilim də onlardan biridir”, - deyir.
- intim müəllimi necə işdir? Nə edirsiniz?
- intim elə mövzudur ki, bu barədə heç kim heç kimə məsləhət verə bilmir. Psixoloqlar, psixiatrlar var, amma onlar ancaq intimlə məşğul ola bilməyənlərin psixoloji problemlərini həll edirlər. Onların işləri fiziki və ya zehni həzzi artırmaq deyil. intim müəllimlərinin isə məqsədi məhz budur: həzzi artırmaq. Elə bil, boks müəllimi şagirdinə boksu daha yaxşı oynamağı öyrədir.
- Yaxşı, bəs bunu necə edirsiniz? Hansı üsullar var?
- Əvvəlcə, cütlüklə danışıram, təxminən yarım saat. Bəzən problemlərinə uyğun olaraq ya psixoloqların, ya da intim terapevtlərinin yanına göndərirəm. intimual asılılığı olanlar, gənc yaşda cinsi təcavüzə məruz qalanlarla işləmirəm. Çünki həmin sahə üzrə təhsil almamışam. Müraciət edən insanın ərini, yaxud arvadını daha çox məmnun etmək istədiyini görsəm, işi qəbul edirəm.
- Sizi necə tapırlar?
- Çox vaxt saytım vasitəsilə əlaqə yaradırlar.
"Skype-la intim”
- Seanslar harada olur?
- Əgər mənim kimi Nyu-York sakinləridirsə, evlərinə gedirəm, ya da otellərin birində görüşürük. Əksər müştərilər uzaqda yaşadığı üçün çox vaxt "Skype” vasitəsilə kömək edirəm. Etdikləri şeylərin daha yaxşı variantını başa salıram.
- Cütlüklər sevişəndə otaqda oturursunuz? Həm də toxunursunuz?
- Toxunmağa ehtiyac yoxdur. Otağın bir küncündə oturub baxıram. Öyrətmək istədiklərimi intim oyuncaqları və modellər üzərində başa salıram. Cütlüklər onları narahat edən yerə qədər sevişir və dayanıb suallarını verirlər. Əgər düzgün edirlərsə hər şeyi, səsimi çıxartmadan işlərini bitirməyi gözləyirəm.
"Bir-birini kəşf etmək”
- Müştərilərinizin köməyə ehtiyacı olduğunu hardan bilirsiniz?
- Müştərilərimdən "mükəmməl intim” anlayışlarını soruşuram. Cəmiyyətin "yaxşı intim belə olmalıdır” şablonlarından qurtula bilməyiblərsə, demək intim müəlliminə ehtiyacları var. Cütlük bir-birini kəşf etməlidir. Bəzilərinin heç "mükəmməl intim” anlayışı yoxdur. İnsanların əksəriyyəti intim haqda çox dar fikirlərə sahibdirlər. Mən onlara əsl intimin necə olduğunu göstərirəm.
- intim müəlliminə ancaq intim təcrübəsi kifayət qədər olmayanlar müraciət edir?
- Xeyr. Həzz almayanlar, daha çox şey öyrənmək istəyənlər də müraciət edirlər. Hamı əvvəlcə öz bədənini, sonra partnyorunun bədənini tanımalıdır.
"Ev tapşırığını yerinə yetirməyənlər yorur məni”
- İlk seansdan sonra reaksiya necə olur?
- Bir seansda öyrəndikləri müştərilərimi çox xoşbəxt edə bilir. Bunun hələ başlanğıc olduğunu biləndə qarşıda nələr olacağını görmək istəyirlər. Onlara yeni bir qapı açıram.
- Neçə müştəriniz var?
- Fərqli ölkələrdən müraciət edən 200 müştərim var. Aralarında qadınlar, subay kişilər, cütlüklər, bəzən homointimuallar da olur.
- Sizi yoran müştəriləriniz olur?
- Verdiyim ev tapşırıqlarını yerinə yetirməyən müştərilər məni yorur. Evdə bəzi şeyləri təcrübədən keçirməyi tapşırıram, etmirlər, onda da heç bir irəliləyiş qeydə almaq olmur.
- intim haqda çox düşünəndə sehrini itirmir sizcə?
- İnsanların faydalana biləcəyi iki cür intim var. Birincisi, hisslərin olduğu, ikincisi proqramlaşdırmağa ehtiyacı olan intim. Məsələn, arvadınızdan oral intim istəyirsiniz, o da bunun necə edildiyini bilmədiyi üçün sizi məmnun edə bilmir. Ona görə, gərək birinci praktikada bunu öyrənsin ki, sonra hislərini qata bilsin intimə.
"Qadınların problemi orqazm ola bilməməkdir”
- Əsasən hansı problemlə qarşılaşırsınız?
- Qadınların əksəriyyəti orqazm ola bilməməkdən şikayətlənirlər. Bunun səbəbi partnyorlar arasında intim vaxtı nevroloji əlaqənin qırılmasıdır. Orqazma çatmaq üçün bu əlaqə qüvvətli olmalıdır. Qadınlar üçün bu, asan deyil. Dini inancları icazə verirsə, evdə masturbasiya edərək hislərini oyada bilərlər.
- Əgər tərəflərdən biri partnyorundan narazıdırsa, nə etməlidir?
- Mütləq oturub danışmalı, problemi həll etməyə çalışmalıdırlar. intim müəlliminə müraciət etsinlər. Bu, hədəfə ən sürətli yoldur. intim kitabları da oxuya bilərlər. Amma kitablarda məlumatlar ümumidir, fərdi deyil. intim oyuncaqları da yaxşı alternativdir. Nələrdən zövq aldıqlarını kəşf etsinlər oyuncaqlarla.
- Sağlam intim həyatı üçün nələr vacibdir?
- Mütləq sevgi olmalıdır. intimual təcrübə də olsa, əlaqələr gözəlləşər. Müştərilərimdən də, öz intim həyatımdan da bir nəticəyə gəlmişəm: Yaxşı intim həyatınız varsa, münasibətlərdə də bir-birinizə qarşı daha səbirli olursunuz. Bir-birinizə verdiyiniz fiziki həzz sizə ərinizin corablarını hara atdığını unutdurur.
Amaranta ən çox müraciət edənlər:
- intim həyatları qaydasında olmadığı üçün boşanmağa hazırlaşan cütlüklər;
- Boşalma və ereksiyanı nəzarət altında tutmaq istəyən kişilər;
- Əlaqəyə girməkdən qorxan və qorxusunu dəf etməyə çalışanlar;
- İlk orqazmlarını yaşamaq istəyən qadınlar;
- Təqlid etməkdən yorulub, həqiqi intim istəyənlər;
- Yataqda daha təcrübəli, məlumatlı olmaq istəyənlər.
Mənbə: "Tempo” jurnalı
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 8 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri