Seks infarkt riskini artırırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 111
Səs ver:
(səs: 1)
Qəfil hərəkətlər və ağır idman məşqləri infarkt riskini çox ciddi şəkildə yüksəldir. Bu risk xüsusən də davamlı olaraq idmanla və uzun müddət seklə məşğul olmayanlar üçün keçərlidir. Amerikanın "Tibb Birliyi" jurnalında çıxan araşdırmanı professor Issa Dahabreh və qrupu həyata keçirib. 

Qrup məşq, seks, infarkt riski və ürək dayanması ilə bağlı 14 ayrı fiziki fəaliyyət növünü analiz edib. Analizlərin nəticələrinə görə, qəfildən edilən məşqlər infarkt riskini 3, 5 qat artır. Sekslə məşğul olarkən və ya seksdən bir müddət sonra infarkt riski 2,7 qat daha artıq olur. 

Nizamlı idman daha əhəmiyyətlidir

Araşdırmada o da məlum olub ki, risk yüksək olsa da, risk müddəti qısa olur. Yüksələn risklər sadəcə bir və ya bir neçə saat üçün keçərilidir. Nizamlı olaraq idmanla və sekslə məşğul olan insanların infarkt riski aşağı düşür. Araşdırma qrupunun rəhbəri heç kimin pis fikrə düşməsini istəmədiyini  söyləyib.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 8 111
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri