Seksə masajla dəvət - MARAQLI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 15 941
Səs ver:
(səs: 2)
Ehtiraslı fantaziyalar arasında seksə masajla başlamaq daha rahatladıcı və cəzbedici hesab oluna bilər.  Partnyorunuzun bədənini tanımaq, ehtiyaclarını ödəmək, onu rahatlatmaq və zövq vermək sizin əlinizdədir. Ehtiraslı bir masajdan sonra sizi nələrin gözləyəciyindən xəbərdarsınızmı?! Elə isə pillə-pillə bu masajı öyrənməyə dəyər.

1-ci pillə. Masaj üçün seçilmiş məkan zəif işıqlandırılmış, həzin musiqi və qapalı bir yer olmalıdır. Partnyorunuzun uzandığı yer yumşaq olmamalıdır, çünki masaj üçün sərt və deformasiya olunmayan yer daha ideal seçimdir.

2-ci pillə. Masaj zamanı mütləq yumşaldıcı yağlardan istifadə edin. Əllərinizin bir-birinin üzərində tam sürüşdüyünə əmin olduqdan sonra akta başlamağa dəyər. Bu tip yağlar seçərkən fikir vermək lazımdır ki, qoxusuz olsun. Əks halda bu qoxu partnyorunuzu narahat edə bilər və bütün zəhmətiniz boşa gedər.

3-cü pillə. Masaj olunan zaman mütləq partnyorunuzu narahat etməyən bir paltar geyinməlidir. Gərginlik və balaca bir uğursuzluq qüsursuz zövqə maneçilik törədə bilər.

4-cü pillə. Masaj qısa zamanda olub-bitməməlidir. Partnyorunuzun bədənini diqqətlə öyrənin. Nə istədiyini anlayın. Bədənin hər hansı bir hissəsinin masajından partnyorunuz daha çox zövq alırsa, həmin hissədə masaja davam etməyə dəyər. Gülümsəyərək haranın masaj olunmasını istədiyini soruşun.

5-ci pillə. Ehtiraslandırıcı bir masaj üçün ən sadə hərəkətləri bilmək vacibdir. Əlinizlə sıxışdırma ən asan hərəkətlərdən biridir və bədənin demək olar ki, hər bir hissəsinə tətbiq oluna bilər. Bir əli çiyininə qoyub digər əlinizlə üzərinə basıb yavaşca sıxıb çevirin. Kürək, boyun və ayaqlara yüngülcə vurub hərəkət elətdirmək, əllə, barmaqla, ovucla uzun müddət və nəvazişlə masaj etməyə deyər. Ürəyin olduğu kürək hissədə göstərilən təzyiq daha az olmalıdır. Ətli hissələrdə isə masaj etdiyiniz yeri ovuc içlərinizi dolduracaq şəkildə yüngülcə sıxıb buraxmanız məsləhətdir. Masaj dərin əzələləri boşaldır. Tutduğunuz yeri digər əlinizlə sıxıb ovuşdurun. Çiyin və ayaq hissələrdə barmaq uclarınızla templi vuruşlar tətbiq edin. Partnyorunuzun istəyinə görə yeni hərəkətlər də əlavə edə bilərsiniz. Kürək masaj olunan zaman əllərinin hərəkəti aşağıdan yuxarıya doğru sürüşməlidir. Bel hissədən çiyinə qədər sürüşdürərək masaj olunmalıdır. Baldır hissələr masaj olunarkən isə əksinə yuxarıdan aşağıya doğru hərəkət etmək lazımdır. Baldırlardan tutmuş dabana kimi masaj davam etməlidir. Ayaq altını isə barmaqlarınızla yüngül basdırma ilə masaj edərək bitirmək olar.

6-ci pillə. Hisslərinizə arxalanılın. Siz mükəmməl bir masaj mütəxəssisi deyilsiniz. Yaşadığınız andan zövq almağa çalışın. Bu tip masajlarda  ehtiras, hiss və diqqət vacib nüanslardır. Partnyorunuzun hərəkətlərdən asılı olaraq onun üçün əsl mütəxəssisə çevrilməniz yalnız zaman söhbətidir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 15 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri