Mütəmadi seks: uzunmüddətli sevginin qidası

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2957
Paylaş:
Səs ver:
(səs: 0)
Münasibətə başlamaq hələ işin asan hissəsidir, ancaq onu qoruyub saxlamaq… Bax bu, mürəkkəb məsələdir. O qədər mürəkkəbdir ki, bir çox insan münasibətini 5-6 aydan çox davam etdirə bilmir. Bu cür bədbin sonluq yaşamamağınız üçün dünyanın ən məhşur və nüfuzlu sevgi ekspertlərinin məsləhətlərini sizinlə bölüşmək istəyirik. Buyurun faydalanın və öz həyatınızda istifadə edin:
 
Xarakterinizin sizi saldığı çərçivədən qurtulun

 
Adətlərinizə görə hərəkət etməyin. Məsələn, hansısa bir məişət probleminə görə onunla dava etməyi adət etmisinizsə, bir dəfə onun üstünə qışqırmaq əvəzinə, mülayim şəkildə danışmağa çalışın. Beləliklə, onun da sizə qarşı münasibətinin müsbət istiqamətdə dəyişdiyini görəcəksiniz. Bu metod həmişə işə yarayır - Psixoterapeft və münasibət instruktoru Toni Kolmen
 
Toxunuşlara və fiziki təmasa fikir verin
 
Bəlkə də hər salam-sağolda öpüşürsünüz və ya cinsi əlaqədən sonra qucaqlaşırsınız, ancaq unutmayın ki, etdiyiniz hər xırda və incə hərəkət aranızdakı bağlılığı daha da gücləndirəcək. Buna görə də bu cür incəliklərə xüsusi diqqət yetirin. Bura yolda gedərkən gözlənilmədən onun əlini tutmaq, kinoya baxarkən saçlarıyla oynamaq və ya yemək yeyərkən ayağınızı onun ayağına dəydirmək kimi xoş və bir o qədər də incə hərəkətlər daxildir. – Psixoterapeft Barton Qoldsmis "Cütlüklər üçün emosional fitness”kitabınn müəllifi
 
Mütəmadi və davamlı seks
 
Partnorunuzla münasibətinizin stabil və güclü qalması üçün onunla mütəmadi olaraq cinsi əlaqədə olmağınız şərtdir. Həftədə ən azı iki dəfə cinsi əlaqədə olmağı özünüzə rejim olaraq qəbul edin. – Toni Kolmen.
 
Sıra ilə danışın
 
Münaqişələr zamanı bir-birinizə qulaq asmaq qarşılıqlı şəkildə fikirlərinizi başa düşməyinizə və mübahisəli məsələni həll etməyinizə kömək edəcək. - Psixoloq Diana Körşner "Sevginin qapılarını açaraq” kitabının müəllifi.
 
Daha pozitiv olun!
 
Neqativ fikrinizi necə var, elə də deməyə tələsməyin! Belə şərhinizi iki pozitiv şərhin arasına qoyub effektiv bir sendviç düzəldin.

Məsələn ola bilsin ki, onun həmişə gecikməsi sizə qıcıqlandırır, amma bunu ona bu formada çatdırmağınız daha məqsədəuyğundur: "Bilirsən, can, sənin belə rahat və səbirli olmağından çox xoşum gəlir, ancaq belə gec gəlməyin məni qıcıqlandırır”. -Los Angelesdən psixoloq Yvone Tomas

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2957
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv