Təhlükəsiz intim necə olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 537
Səs ver:
(səs: 1)
Müasir dövrdə tibbin və İKT-nin inkişafı ilə əlaqədar insanlar öz sağlamlıqlarının qayğısına qalırlar. Bizim reallıqda təhlükəsiz seks haqqında əsas informasiya mənbəyi məhz internet portallarıdır. Ona görə də bu mövzunu işıqlandırmağa qərar verdik.
Təhlükəsiz seks haqqında 10 sualın cavabını tapmağa cəhd edəcəyik.
 
 
 
1. Təhlükəsiz seks nədir?
Bu anlayış özündə 2 fikri əks etdirir:
- cinsi münasibət zamanı heç bir infeksion xəstəliyə yoluxmamaq;
- arzu olunmaz hamiləlikdən qorunmaq.

2. Təhlükəsiz cinsi münasibət haqqında yalnış fikirlər.
Bu barədə ən məşhur yalnış fikir odur ki, prezervativlər hamiləlikdən və cinsi yolla keçən infeksion  xəstəliklərdən qoruyur. Bəzən bu qoruyucu vasitələr cırıla bilir. Hətta cırılmasa belə 100% infeksiyadan müdafiədən söhbət gedə bilməz. Səbəb odur ki, xəstəliktörədən mikroblar təkcə cinsi orqanların daxilində yox, həm də xarici keçəcək yollarda olur. Əlaqə öncəsi ünsiyyət zamanı toxunma nəticəsində bir-birini kifayət qədər yoluxdura bilərlər.
Digər yalnış fikrə görə infeksiyalar ağız vasitəsilə keçmir. Lakin bu belə deyil. Uretroplazmit və xlamidioz ağız ilə keçməsə də, qonoreya asanlıqla yoluxa bilər.

3. Hazırda qorunmaq üçün hansı kontraseptiv vasitələr mövcuddur?
Hazırda kontraseptiv vasitələr çox müxtəlifdir. Burada təbii üsullardan tutmuş süni baryer funksiyası daşıyan vasitələrə qədər mövcuddur. Təbii vasitə dedikdə qadın hamilə qala biləcəyi günlərdə cinsi münasibətdə olmamaq və ya sona çatdırılmamış cinsi münasibət nəzərdə tutulur.

4. Təhlükəsiz cinsi münasibətə görə yalnız qadınmı məsuliyyət daşıyır?
Birmənalı olaraq yox! Cinsi münasibətdə iki insan iştirak etdiyinə görə məsuliyyət də hər iki şəxsin üzərinə düşür. Əgər qadın hər hansı dərman vasitəsindən istifadə edirsə, kişinin də prezervativ istifadə etməsi normal bir haldır.

5. Qorunma vasitəsini özünüzün seçməsi düzgündürmü?
 Əgər söhbət prezervativ seçimindən gedərsə, burada uyğun vasitənin seçilməsində sərbəstsiniz. Lakin digər vasitələri seçərkən həkimlə məsləhətləşmək lazımdır.

6. Dərman şəklində olan kontraseptiv vasitələr insan sağlamlığı üçün təhlükəsizdirmi?
Əgər vasitə düzgün məsləhətlə seçilibsə, narahat olmağa ehtiyac yoxdur. Gel və sürtmə vasitələrin nüfuz edici xüsusiyyəti yoxdur. Qadınlar üçün hormonal kontraseptivlər isə əks cinsin hormonal sisteminə təsir etmir.

7. Xarici görünüşünə görə prezervativin keyfiyyətini necə bilməli?
Adətən gözlə keyfiyyəti müəyyən etmək çox çətindir. Seçim zamanı tanınmış markalara üstünlük vermək lazımdır. Qutunun üzərindəki yazıları oxumaq lazımdır. Əksər prezervativlər lateksdən hazırlanır. Lakin heyvan dərisindən hazırlanan növləri də var. Onlar spermanın qadının daxilinə keçməsinə mane olsa da infeksion xəstəlikdən çətin ki qorusun.
Prezervativlər əsasən standart ölçüdə istehsal olunur. Lakin qeyri-standart ölçülü olanlar da var. Xüsusi diqqət sürtkü yağına verilməlidir. Onların tərkibində spermisidlər (spermiləri öldürən maddə) və qismən də antiseptik maddələr var. Bu da əlavə müdafiə, qorunmanı təmin edir.
Bəzi sürtgülərin tərkibinə anestezin daxil edilə bilir ki, bu da cinsi aktın uzanmasını təmin edir.

8. İntim aksesuarların istifadəsinə mütəxəssislərin münasibəti necədir?
Ümumilikdə belə aksesuarların istifadəsinə birmənalı qadağa yoxdur. Əgər onların bioloji testdən keçirilməsi haqqında uyğunluq sertifikatı varsa, istifadəsində heç bir yan təsir, o cümlədən allergik reaksiyalar olmamalıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 7 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri