Toy gecəsi qorxusu hipnozla dəf edilir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 685
Səs ver:
(səs: 0)
Artıq toy mövsümünə start verilib. Evlənəcək olan bir çox cütlüyü isə ilk gecə qorxusu indidən rahat buraxmır. Qadınlar ilk gecəylə bağlı ağrı, qanaxma, xəstəxanalıq olma, kişilər də isə sərtləşmə, erkən boşalma, bacarıqlı olmama qorxusu olur.

Hətta bu qorxunu dəf edə bilməyən cütlüklər evliliklərini cinsi yaxınlıq olmadan dava etdirirlər.

Hipnozla 6-8 seansada ilk gecə qorxusu dəf edilə bilər
 
Mütəxəssislər ilk gecə qorxusu ilə bacarmayan cütlüklərə hipnozu məsləhət görür.

Hipnozun şüuraltına təsir edərək cinsəllik haqqında olan mənfi düşüncələri dəyişdirə biləcəyi bildirilir.
 
Hipnotik trans altında kişilərin cinsəlliyi yaşamama, münasibətdən qorxma, zövq almama kimi problemlərinin səbəbləri müəyyən olunur və cinsi məsələlər üzrə mütəxəssis hipnoterapist tərəfindən şüuraltı cinsəlliklə bağlı mənfi düşüncələr yox edilir. 6-8 seans davam edən bu üsul tamamlandıqdan sonra cütlüklər xoşbəxt cinsi həyatlarına davam edə bilirlər. Hətta hipnozun bu müsbət təsiri bir ömür boyu qalıcıdır.
 
Xoşbəxt evlilik xəyallarının ilk gecədən zərər görməməsi üçün bu cür qorxuları olan cütlüklərin evlilikdən əvvəl bunun üçün müraciət etməsi məsləhətdir.

Cinsi qorxularımızın əsl səbəbi nədir?
 
Uşaqlıqdan bəri şüuraltımızda cinsəlliklə bağlı yığılmış qorxuların ümumiləşmiş forması ilk gecə qorxusu şəklində qarşımıza çıxır.
 
İnsanlar cinsəlliklə bağlı çox kasad məlumatla böyüdülür. Bu, olmaz, günahdır, ayıbdır demək, cinsəlliklə bağlı tabular, valideynlərin uşaqlarına cinsəlliyi izah edə bilməməsi, ilk gecə qorxusunun yaranmasının təməl səbəbidir. Bunun nətiəsində insanlar bacı, qardaşlarının yarımçıq, şişirdilmiş izahları, ya da internetdən nələrsə oxumaqla məlumatlanırlar.

Şüuraltı bir şey necə qəbul edilibsə, həmişə də belə davam edəcək. İlk gecəni xoşbəxtlik, zövq dolu bir təcrübə hesab edən cütlüklər daha xoşbəxt bir evlilik davam etdirirlər. Ancaq ilk gecə qorxusuyla yaşayanlar çox təəssüf ki, bacarıqsız olmaq duyğusuyla xoşbəxt ola bilmirlər.


Bu cür qorxuları olan insanlar "ilk cinsi yaxınlıq" deyincə şüuraltındakı mənfi düşüncələri anında beyninə və sinir sisteminə hücum edər. Bu da insanda qaçma, təxirə salma, rədd etmə, istəksizlik, sıxılma kimi hallara səbəb olur. Cinsi həyata ilk gecədən belə başlayan cütlük bu bədbəxtliyini bütün evliliyi boyunca özü ilə daşıyar.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri