Ailədə nəvaziş cinsi həyatdan daha əhəmiyyətlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 402
Səs ver:
(səs: 1)
Çox yönlü və kompleksli bir əlaqə olan evliliyin açarı uzun davamlı bir eşqdir və uzun davamlı eşqdə da bir-birinə nəvazişin əhəmiyyəti olduqca böyükdür.

Uzun illər evli qalan cütlər, cinsi həyatlarının da təmin edici olduğunu söyləyir. Ancaq heç bir evlilik sırf cinsi həyatı möcüzə deyə insanı xoşbəxt etməz.

Xoşbəxt cütlər bir-birinə daha çox nəvaziş göstərir.

Evlilik çox tərəfli bir mövzudur və çox mürəkkəb bir əlaqədir. Müvəffəqiyyətli evliliklərin ortaq xüsusiyyətlərinə baxıldığında seksin son sıralarda yer aldığını görərsiniz. Toxunmaq, evlilikdə seksdən daha əhəmiyyətlidir. Aşiq olduğunuz insana toxunmaq, onun varlığının fərqində olduğunuzu və ünsiyyət qurmaq istədiyinizi göstərər. Bu səbəblə xoşbəxt cütlər bir-birinə daha sıx toxunar.

Evliliyin açarı: Uzun davamlı eşq
Televiziyada, mediada və kitablarda seksin əhəmiyyəti şişirdilmiş ola bilər. Sarılmaq, öpüşmək, əl-ələ gəzmək, yanaq yanağa oturmaq ya da sarılaraq yatmaq daha əhəmiyyətli mövzulardır. Toxunmanın bir çox yolu vardır. Yoldaşınıza içinizdən gəldiyi kimi toxuna bilərsiniz. Evliliyin püf nöqtələrindən biridir. Seks də bir cür toxunma növüdür. Müvəffəqiyyətli bir evlilik çox asan deyil. Uzun davamlı bir eşq yaratmaq, evliliyin açarıdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri