Uyğun cinsi həyat necə təmin edilir?

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 7 266
Səs ver:
(səs: 4)
Həyat yoldaşınızla birlikdə uyğun bir cinsi həyatınızın olması, əlaqənizi qüvvətləndirməklə bərabər, duyğusal durumunuza da müsbət yöndə təsir edir.

Ortaq bir ahəngin və uyğunlaşmanın tutulduğu gözəl bir cinsi həyat üçün, bəzi detallara diqqət yetirmək lazımdır.
Doğru uyğunlaşma necə təmin edilməlidir?
İlk növbədə özünüzün və həyat yoldaşınızın bədənini tanıyın. Özünüzlə barışıq olun. Özünü tanımayan və özü ilə əlaqədar müsbət və mənfi düşüncələrin fərqində olmayan biri, cinsi həyatda rahat ola bilməz.
Cütlərin bir-birlərinə qarşı hörmət və sevgiləri olmadığı təqdirdə, bədbəxt, sağlıqsız bir cinsi həyatları olar.
Gün ərzində gözəl jest və mimikalardan istifadə etmək, gözəl və mənalı bir baxışlar, bir çiçək vermək ya da telefonla hal soruşub mesajlaşmaq, gözəl eşq sözlərindən ilə istifadə etmək, sevgi və marağı ifadə edən yollardan bəziləridir.
Həyat yoldaşınızla yeni tanış olduğunuzda bir-birinizə ayırdığınız vaxt bəlkə daha çoxkən, sonralar uşaq, iş, gündəlik problemlərə yüklənib birlikdə daha az vaxt keçirə bilərsiniz. Amma yadda saxlayın ki, bu münasibətləri ilk günkü kimi saxlamağı bacarmaq lazımdır.
Cütlər arasındakı fərqliliklər qaçınılmazdır və mübahisə və ya müzakirə əlaqənin təbii parçasıdır. Həyat yoldaşınızla, hər vaxt eyni fikirdə olmasanız belə, sağlam bir şəkildə duyğularınızı paylaşmalısınız. Bu, aranızdakı bağı gücləndirər.
Toxunmaq insan təbiətində var olan bir duyğudur və fərd üçün bir ehtiyacdır. Toxunmanın vermiş olduğu rahatlıq, qarşınızdakına güvən, dəstək, qoruma, şəfqət və təbii ki, həyəcan verər.
Onda baş verən dəyişikliklərə uyğunlaşa bilməyiniz, sizə uğurlu bir əlaqəni davam etdirə bilmə şansını verəcəkdir.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 7 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri