Gözü bağlı sevişmək…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 794
Səs ver:
(səs: 0)
Bu gün bir yazarın bir yazısını oxudum. Tək söz ilə ifadə edəcək olsam müdhiş söz idi. Hələ ki bir cümlə vardı ki; "Sən və məndən başqa aramıza girən heç bir şey yox. Zaman dayandı. Bədəninlə deyil ruhunla sevişirəm…" deyə.

Ətrafıma bir baxıramda hər yanımız saxta sevgilər, beş pul etməz eşqlər, daha eşqi üçün ən kiçik bir mübarizə vermədən uduzmuş   çəkib getmiş insanlarla doludur. Hər kəs xatirə yaşamanın dərdində qalıb. Günümü gün edim, mümkünlüyünə buraxım, incəldiyi yerdən də qoparsa qopsun havasındadır… Bu qədərmi sadələşdi artıq eşq? Bu qədərmi pozuldu insanın kimyası,DNTsi? Heç görə bilmirəm qalmaq üçün müqavimət göstərən birini. İnsanlar qalmaq üçün deyil getmək üçün bəhanələr tapmağa çalışar oldu.

Yazarın bu yazısını oxuyarkən içimi titrətdi cümlələri. Və bu deyirsən belə olmalı sevmələr, sevişmələr… Sevdiyinin bədənində ruhunu tapmaq, sevişərkən gözlərin bağlıykən belə onu görmək, nəfəsini nəfəsində qarışdırmaq, gözlərinə baxdığında gözlərində itmək, hər Toxunuşunda bir dəfə daha titrəmək və onu hər anında daha çox istəmək… Və hesabsızca sevmək bu dedim özümə. Eşqi tamam ayrı fərqli bir ölçüdə yaşamaq, sevdiyini bir  ət parçası kimi deyil bir düş kimi görmək, sevişərkən sən və mən deyil bir bütün meydana gətirib BİZ ola bilmək. Sevişməyi 2 dəqiqəlik bir həzz kimi deyil ömür boyu sevərək davam etdirə bilməyi diləmək.

Zənn edirəm sevgi ilə sevişmənin tərifi bu olsa gərək.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri