Hansı peşədən olan kişilər yataqda daha ehtiraslıdır?
Bir kişinin görkəmi, varı-dövləti və xasiyyəti qədər yataqdaki
performansı da qadınlar üçün önəmlidir. Yataqda qadını təmin edə
bilməyən kişi xəyanətə məhkumdur.
Bəs görəsən hansı kişilər seks həyatında daha istəklidirlər və qadınları məmnun edə bilirlər?
Bu əlbəttə, insandan insana dəyişir. Ancaq cinsi həyatın yaxşı olması
üçün sağlamlıq və güc əsas rol oynayır. Mütəxəsislər bildirirlər ki,
bəzi peşələr var ki, həmin peşədən olan kişilər seks həyatında daha
aktiv olurlar. Bunun səbəbi həmin peşələri seçən kişilərin daha
ehtiraslı olmalarıdır. Bir digər səbəb isə qadınların beyinlərindəki
stereotiplərdir. Qadın seksi ilk öncə beynində yaşadığı üçün güclü,
yaraşıqlı, bir sözlə ideal kişi ilə yatdığına inanmalıdır.
Qadının orqazm olması üçün bu vacib şərtlərdən biridir.
Qadınlar hisslərə daha çox önəm versələr də, xarici görünüş onlar üçün
də vacibdir. Qadınlar fikirləşirlər ki, kişi güc və bacarıq tələb edən
peşəni seçibsə, deməli yataqda da yaxşı olacaq.
Beləliklə, bütün bunları nəzərə alan mütəxəsislər 400 evli qadın
arasında araşdırma aparıblar. Araşdırmaların nəticəsi çox maraqlı olub.
Əvvəlcə görək qadınlar hansı peşədən olan kişilərin yataqda daha yaxşı
performans göstərdiklərini düşünürlər:
Sənətçilər
Qadınların fikrinə görə, ən ideal kişi sənətçilərin arasından çıxır.
Bu kişilər ön sevişmədə (seksdən öncə nəvaziş, sığal, öpüş və s.)100
faiz "mükəmməl" olaraq dəyərləndirilir. Sənətçilərlə ailə quran
qadınların 73 faizi ərlərinin yataqdakı performanslarından tam
razıdılar.
İnşaatçılar
İnşaat sektorunda işləyən kişilərin 58 faizi həftədə 2 dəfədən çox
sekslə məşğul olurlar. Bu kişilərin 66 faizi qucaqlaşmağı xoşlayır, 57
faizi isə seksdə "mükəmməl" və ya "olduqca yaxşı" olaraq
dəyərləndirilir.
Sahibkarlar
Bu kişilər yeni pozalara açıqdırlar. 46 faizi yataqda yeni pozaya
üstünlük verir. Ancaq ön sevişmədə onlar o qədər də yaxşı deyillər.
36 faizi həftədə 2 dəfədən artıq sekslə məşğul olan sahibkar kişilər qadınların ürəyini fəht etməkdə də ustadırlar.
Mühəndislər və memarlar
Onların 71 faizi həyat yoldaşlarını təmin edə bilirlər.
92 faizi isə ön sevişmədə çox yaxşıdırlar. 76 faizi gec orqazm olur ki,
bu da qadınların seksdən zövq alma müddətini artırır. Bir sözlə,
mühəndislər və memarlar da qadınlarla münasibət qura bilirlər. Çünki hər
qadın bu peşədən olan kişilərin ehtiraslı olduqlarını bilir.
Müdirlər, süpervayzerlər
38 faizinin seks performansı "mükəmməl” olaraq dəyərləndirilir.
Ancaq bu kişilərin bir pis cəhəti var ki, həyat yoldaşlarının "yox”
cavabını qəbul eləmirlər. Onlardan 29 faizi qadın istəməsə belə seksi
davam etdirirlər.
Yanğınsöndürənlər və polislər
84 faizinin seks performansı həyat yoldaşları tərəfindən bəyənilir.
Ancaq bu kişilərin 25 faizi ön sevişmə ilə məşğul olmurlar. Bu peşədən
olan kişilər yataqda qadınlardan çox şey gözləyirlər. Məsələn, qadının
daha cəsarətli olmasını və yeni pozalara açıq olmasını tələb edirlər.
Reklam menecerləri
14 faizi hər gün sekslə məşğul olurlar. 20 faizi yataqda müxtəlif fantaziyalara üstünlük verir.
Ancaq bu kişilər ehtiraslı olsalar da, bu ehtiras tez sönür. Belə ki,
əri reklam meneceri olan qadınların 25 faizi seksin tez bitdiyini və
təmin olmadıqlarını bildirirlər.
Vəkillər və mühasiblər
Bu peşədən olan kişilərin 42 faizi hər gün sekslə məşğul olmaq
istəyir. 46 faizi yataqdan çox hamam, divan, hovuz və ya bağça kimi
müxtəlif məkanlarda sekslə məşğul olmağı daha çox xoşlayır.
78 faizi qadının "başım ağrayır” və ya "yorğunam” kimi bəhanələrini qəbul etmir.
Həkimlər
44 faizi çox romantikdilər. Qucaqlaşmağa və öpüşməyə çox dəyər verən bu kişilərin təəssüf ki, 34 faizi ön sevişməni xoşlamır.
36 faizi isə həddindən artıq tez orqazm olur. Ancaq qadınların beynində
həkimlərin seksual olması ilə bağlı stereotiplər var. Bu saydığımız
mənfi keyfiyyətləri isə onlar çox sonralar müşahidə edə bilirlər.
Bu araşdırmanın nəticələri idi. İndi isə sizə məşhur "Forbes” jurnalının
sorğusu əsasında kişilərin seks həyatı ilə bağlı üzə çıxan həqiqətləri
təqdim edirik.
Bu sorğuda ameriaklı qadınlar iştirak ediblər. "Forbes” jurnalının rəsmi
saytında aparılan sorğuda iştirak edən qadınların hamısı iş qadınıdır
və yüksək gəlirləri var. Maraqlı olan isə onların seçimləridir.
Çünki ən yaxşı seks performansı olan kişilərin yanğınsöndürənlər
olduğunu düşünürlər. Halbuki siyahıda kosmonavt, vəkil, mühəndis, rok
ulduz, şair, həkim və s. kimi müxtəlif peşələr olub. Qadınlar isə bu çox
gəlirli və cəmiyyət tərəfindən daha yüksək dəyərləndirən peşə
sahiblərindənsə, yanğınsöndürənlərlə yatmağa üstünlük verdiklərini
deyiblər.
Qadınların yatmaq üçün ən uyğun və seksual kişi hesab etdikləri peşə
sahiblərindən ikincisi striptizçilər olub. Üçüncü sırada isə həkimlər,
atletika ilə məşğul olanlar gəlir.
Sorğunun nəticələri olduqca maraqlıdır. Çünki sorğu qadınların
jurnalistləri və şairləri bəyənmədikləri ortaya çıxarır. Uzun illərdən
bəri qadınların şairlər və gitara çala bilən kişilərə qarşı çox həssas
olduqları və onlara "yox” deyə bilmədikləri iddia olunurdu. Halbuki bu
heç də belə deyil. "Forbes”in sorğusu bir daha təsdiq edir ki, qadınlar
həssas və qadın qayğısına ehtiyacı olan kişilərdənsə, güclü və nə
istədiklərini bilən kişiləri seçirlər. Qadınlar onları qoruyan, yataqda
təmin edən kişiləri daha çox sevirlər, nəinki mənasız şeirlərlə,
serenadlarla, vədlərlə onları əldə etmək istəyən kişiləri.
Təəccübləndirən məqamlardan biri də odur ki, siyahıda işsiz kişilər 2
faiz səs toplayıblar, şairlər isə 1 faiz. Yəni, qadınlar işsiz bir kişi
ilə münasibət qurmağı daha normal qarşılayırlar, şairlər isə qadınların
gözündə işsizlərdən də pis vəziyyətdədirlər. Şairlər həssasdılar, ancaq
seksual və ehtiraslı deyillər.
"Forbes”in siyahısına görə, qadınlar kişilərin seksuallığını və seks performansını aşağıdakı kimi dəyərləndiriblər:
Aktyor - 3 %
Kosmonavt - 2 %
Atlet - 7 %
Balerin - 2 %
Barmen – 3 %
Həkim – 7 %
Yanğınsöndürən – 10 %
Mühasib – 4 %
Jurnalist - 3 %
Vəkil – 4 %
Model – 6 %
Şair – 1%
Polis – 4%
Rok ulduz – 4%
Mühəndis – 1%
Striptizçi – 8%
Cəsus – 5%
İşsiz – 2%