Yatağınızı ehtiraslandıracaq tövsiyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 683
Səs ver:
(səs: 1)
Cinsi həyatınızda əvvəlki həyəcanınızı itirdiniz deyə üzülməyin. Mütəxəssislərin fikirlərinə əməl edin!  
Həyat şərtləri, maliyyə problemləri, iş yerində yaşayan stress içinizdəki alovu söndürmüş ola bilər. Ancaq közlərini yenidən alovlandırmaq mümkündür. Həm də asan bir yolla...
 
İlk əvvəl sevdiyinizlə bir, ya iki həftə fiziki təmasda olmamaq kimi bir qərar qəbul edin. Digər tərəfdən erotik məzmunlu filmərə baxın, bir-birinizə ehtiraslı mesajlar yazın, gözlərinizlə bir-birinizi təhrik edin. Amma gecə yatdığınızda qətiyyən bir-birinizə toxunmayın. Bundan sonra hər şeyin çox fərqli olacağını görəcəksiz.
 
Mütəxəssislərə görə, sağlam bir cinsi həyat üçün həssaslıq çox önəmlidir. Seksopatoloqlar həssas seksin avantajının,  yavaş hərəkətlər, yumşaq toxunuşlar, cütlüklərin erogen bölgələrini tapmasına daha yaxşı istiqamət verəcəyini deyirlər.
Çünki qadınlar eşitdiklərindən, kişilər isə gördüklərindən daha çox təhrik olunurlar. Bu dəfə işıqları dərhal söndürməyin və onun üçün xüsusi bir rəqs hazırlayın. Geyimlərinizi yavaş-yavaş çıxarıb heç tələsmədiyinizi göstərin.
İnsanların bir-birilərini ilk dəfə kəşf etməyə başladıqları zamankı həyəcanları və bir-birlərinin bədənlərini yeni tanımaları, hiss edilən cinsi arzunun kuliminasiya nöqtəsinə çatdığı bir an kimi qiymətləndirilir.
 
Mütəxəssislər ilk gün yaşanılan o həyəcanı bərpa etmək üçün cütlüklərin ağıllarından xoş anları keçirməyi məsləhət görürlər. Hafizənizdən yararlanaraq bu xoş anları xatırlamanız ona daha yaxın hiss etmənizə kömək edərək, eyni zamada fiziki olaraq onunla bir şeylər bölüşmək istəyi də yaradacaq.
 
Bununla yanaşı sadəcə xəyal etmək deyil, zarafatcıl xarakteriniz və aktrisalıq qabiliyyətinizi də öz miqdarında işə salmalısız.
İlk əvvəl xəyal gücünüzü işə salın. Gecə üçün maraqlı bir şeylər düşünün.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri