Sevişərkən fikriniz harda olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 556
Səs ver:
(səs: 0)

alt

 

Qadınların həmişə işləri çox olur və beyinləri o qədər çox məşğul olur ki, bütün hər şeyi planlaşdırmaları lazım gəlir. Bəzən intimi belə! Ona görə də sevişərkən kifayət qədər fokuslanmayan və o anda çox əlaqəsiz bir çox şeyi düşünərək konsentrasiya çətinliyi yaşayan qadınlar çoxdur. Bir çox qadın sevişmə anınında "sabah nə geysəm?", "necə bir makiyaj etsəm?" və ya "sabah nə bişirsəm?" kimi əlaqəsiz şeylər fikirləşirlər. Halbuki sevişmə zamanı özünü partnyoruna buraxmaq sevişmə anında fokuslanacaq tək bir nöqtə olmalıdır. Ayrıca səhərdən axşama kimi ev işləri ilə məşğul olan və ya bütün günü işləyən bir qadının, evə gəldiyində  tək düşündüyü şey çox vaxt intim deyil, özünü ən yaxın yatağa atmaq və dərin bir yuxuya getmək olur. Çünki yorğunluq və stress onu başqa bir şeyi düşünməyə qoymur.



 Əslində belə sadə göründüyünə baxmayın, çünki bu maraqsızlığın altında ciddi problemlər ola bilər. Sevişmə əsnasında gündəlik həyatı, işləri davamlı olaraq düşünən və cinsi əlaqəyə maraqsız davranan qadınların bəzi ciddi səbəbləri vardır.

Bu mənada problem yaşayan qadınlarda hormonal pozğunluq, vaginal həssaslığın azalması müşahidə olunur. Əslində gündəlik iş, ailə, uşaq, məktəb kimi səbəblərlə sıx stress yaşayan qadınlar cinsi həssaslığın itməsini, hormonal bir əskiklik yaşayır ola biləcəyini hiss etməzlər. Bu mənada stress həm cinsi istəyi idarə edən hormonları azaldaraq, həm də psixoloji təsirlə cinsi akta fokuslanmağı zəiflədərək cinsi istəyi azaldır.


  http://www.facebooksitesi.net/wp-content/uploads/on-sevisme-hakkindaki-gercekler_765.jpg

 

Bundan əlavə qadınlar bəzən mənfi düşüncələrə qapanaraq özləri cinsi istəyi azalda bilir. Belə ki, qadınlar beynində "Həyat yoldaşım romantik yaxınlıq göstərmir", "Yalnız intim istədiyində mənə yaxınlaşır", "Qulağıma romantik bir şeylər söyləmir" kimi düşüncələr meydana gətirirlər. Nəticədə bu mənfi düşüncələr pisixoloji olaraq təsir etdiyindən cinsi istəksizlik və orgazm problemlərini yaradaraq daha ağır düşüncələrə;"Heç bir şey hiss etmirəm", "Orgazmı heç vaxt hiss etmədim", "Nə vaxt bitəcək?", "Canım incidir!" kimi fikirlərə gətirib çıxarır ki, bu da öz növbəsində cinsi problemləri daha da artırır.

 

http://images.medyarazzi.com/galeri/monica-bellucci/monica-bellucci-77796.jpg

 

Qadınların öz cinsəllikləri ilə əlaqədar duyğu və istəklərinin fərqində olmalıdırlar. Qadınlar üçün cinsi aktın  romantik yaxınlıqla başlaması çox əhəmiyyətlidir. Bu baxımdan qadınlar öz həyat yoldaşlarına istək və arzularını bildirməli və cinsəllik mövzusunda birgə ünsiyyətdən qaçmamalıdırlar.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri