Qadın masturbasiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 24 537
Səs ver:
(səs: 4)

 


Əvvəlcə, qısaca masturbasiya haqqında məlumat verim. intimual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu masturbasiya adlanır. Masturbasiya insanın bədəninin erogen zonalarının əli (və ya hansısa alətlə) ilə stimulyasiya edərək özü-özünə həzz verməsi və bunun müqavilində orqazma çatmasıdır. Səhv etmirəmsə, buna onanizm də deyilir. Kişilərdə bu məsələ coxlarına məlumdursa, qadın masturbasiyası haqqında məlumat olduqca azdır. Ona görə ki, qadın intimuallığı az qəbul edilən mövzudur. Buna baxmayaraq tədqiqatlar göstərir ki, 59 faiz qızlar (qadınlar) masturbasiya ilə məşğul olur. Bunu nəzərə alaraq bu araşdırmanı hazırlamaq istədim.

Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi intimuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur.
Tədqiqatlar göstərmişdir ki, masturbasiya mənfi nəticələrə gətirib çıxarmır və normal intimual aktivlik sayılır. Sonuncu illərin tədqiqatlarına görə müxtəlif yaşlarda olan qadınlar və kişilər özlərinə müxtəlif üsullarla zövq verə bilərlər. Masturbasiya sizin üçün bəyənilmiş metoddursa, özünüzü narahat hiss etməyin, əgər o sizə diskomfort yaradırsa, ondan imtina edin.

Mütəxəssislər qeyd edir ki, kişilərə nisbətən qadınlarda masturbasiyaya aludəlik, ona adət etmək, onunla məşğul olmaq daha erkən yaşlarda başlayır.
Kiçik yaşlı qızlar təsadüf nəticəsində bədənlərinin müxtəlif yerlərinə özləri və ya başqaları toxunduqda xoş hislərin əmələ gəlməsini kəşf edir və sonralar özləri bilərəkdən bunu təkrar etməyə başlayırlar. Məşhur intimoloq A.Kinzinin məlumatlarına görə 7 yaşında qızların təqribən 4 faizi masturbasiya ilə məşğul olurlar (P.S. bu fakta mən də şahid olmuşam. Tanıdığım bir ana bütün günü özünü stola sürtən az yaşlı qızına bunu tərgitmək üçün çox mübarizə aparmışdı. Amma xeyri olmamışdı. Uşaq gizlinə çəkilən kimi öz vərdişini təkrarlayırdı. Bir müddət sonra məktəbə gedib başı qarışan uşaq özü bunu yavaş-yavaş tərgitdi).

Bir məsələni də qeyd edim ki, əgər kişilərdə yaş artdıqca və normal cinsi əlaqə üçün imkanlar yaranan dövrdə (21-25 yaşlarda) masturbasiyanın miqdarı azalır və nahəyət tamamilə yox olursa, qadınlarda əksinə yaş artıqca masturbasiya ilə məşğul olanların da sayı artıb 35-50 yaşlarına qədər davam edir. Mütəxəssislərin məlumatlarına görə, masturbasiyanın nə olduğunu bu yaşlarda qadınların 60-62 faizi bilir.

Müasir intimopatologiya masturbasiyaya artan psixofiziki gərginliyi aradan qaldırmağa və ya azaltmağa imkan yaradan bir vasitə kimi baxır.

Görəsən, intimual gərginliyi azaltmaq üçün bütün qadınlarmı bunu etmək fikrinə düşürlər?
Əlbəttə yox! Cinsi hissiyatı aşağı səviyyədə olan qadınlarda intim əlaqədə diskomfort və bununla əlaqədar gərginlik olmadığından başqa üsullara əl atmağa ehtiyac da olmur. Bir sıra qadınlar, xüsusi ilə də ehtiraslı xanımlar, hətta evli olsalar da ərləri ilə normal cinsi münasibətə girə bilmədiklərinə və ya hansısa səbəblərdən həzz almadıqları üçün orqanizmdəki gərginlikdən azad olmaq üçün kənarda qeyri-qanuni cinsi əlaqəyə girməkdənsə, masturbasiyaya üstünlük verir.

Bir çox qadınlar onanizmi pislədikləri halda, özləri də bilmədən onu həyata keçirirlər.

Masturbasiya intimual yetkin qadının cinsi əlaqə ilə təmin olunmadığını göstərir.
Buraya kişinin cinsi zəifliyi nəticəsində cinsi stimullaşmağın lazımi səviyyəyə çatmaması, kişiyə qarşı müsbət hislərin olmaması və bir çox başqa səbəblər aid edilir.

Əgər subay qadınların, qızların bu işlə məşğul olmasına haqq qazandırmaq mümkündürsə, ailəli xanımların masturbasiya etməsi insanı düşünməyə vadar edir. Əgər ailədə qadın özünü bu vasitə ilə «sakitləşdirməyə» məcburdursa, deməli əri onu cinsi əlaqə baxımından kifayətlənmədiyini başa düşmür. Bu məsələdə bir-birini anlamamaq qadın onanizminin adətə çevrilməsinə, ər-arvad arasında münasibətin soyuqlaşmasına, qadının öz hislərində tənhalığına səbəb olur. Onanizmlə əldə edilən orqazm nə qədər güclü olsa da, kişi və qadın sevgisindən alınan hislərin heç vaxt əvəz edə bilməz. Təbii ki, onanizm sevimli, arzu olunan şəxslə cinsi yaxınlıq vaxtı, hətta bu zaman orqazm vəziyyəti əmələ gəlməsə də, qadında yaranan xoş hislərin yerini vermir.

Başqalarının bu haqda nə fikirləşdiklərini deyə bilmərəm, amma şəxsi düşüncələrimə görə, müəyyən səbəblərdən kişi sevgisindən, nəvazişdən, cinsi əlaqədən məhrum xanımların masturbasiya etməsində qeyri-normal və ayıb heç nə yoxdur.
Ən azından bu böyük günahların qarşısına sipərdir. Çünki intimual, ehtiraslı qadının orqanizmi daim cinsi əlaqəyə ehtiyac duyur. Bu tələblərin ödənməsi mümkün deyilsə, o masturbasiya etməlidir. Əks halda üst-üstə yığılan gərginlik müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər.


Tibb masturbasiya haqqında

• Masturbasiya — ziyanlı və natəmiz hərəkət deyildir — o sizi kor etməz, ağlınızı almaz, sizi pozğun insana çevirməz, sonsuzluğa səbəb olmaz, boyunuzun artımını saxlamaz, hamiləliyə gətirib çıxarmaz.
• Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar. Bu intimual inkişafın normal mərhələsi sayılır.
• Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz.
• Əgər siz masturbasiya ilə məşğul olursunuzsa və onunla maraqlanırsınızsa, bu normal hal sayılır. Siz masturbasiya ilə məşğul olmursunuzsa və yaxud onunla maraqlanmırsınızsa, həmçinin normal insan sayılırsınız.
• Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu) hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində siz zövq alırsınız.
• Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur.
• Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır.
• Masturbasiya ilə bağlı yeganə psixoloji problem köhnədəbli və qeyri-sağlam münasibətlə (əgər insan masturbasiya ilə məşğul olursa, o utancaq olur) bağlıdır, bəzən normadan kənara çıxa bilər (məs: insanlar arasında masturbasiya etmək).

Qeyd: Namaz qılan xanımlar üçün onanizmdən sonra qüsl almaq vacib olur (Dini kitabların birindən oxumuşdum)
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 24 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri