Tətildə seks

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 816
Səs ver:
(səs: 1)

 Tətil zamanı intim sanki iki dovşanın bir silahla öldürülməsinə bənzəyir.

Tətil iki insan arasında aylarla yığıla bilən problemlərin həllinə də bir kömək ola bilər. Bunun üçün sadəcə çantaları yığıb yola düşmək lazımdı.

Psixoloqlar ailələrə daima istirahət etməyi məsləhət görürlər. Ailədən, işdən, telefondan, hər kəsdən və hər şeydən uzaq olmaq üçün intim bir yerə çəkilməyi, istirahət etməyi tövsiyyə edirlər.

 

İstirahət zamanı insanlar bir-birini yenidən kəşf edə bilərlər. Yenidən romantik və bir az da intim hislərinə qayıda bilərlər. Yaşadıqları çılğın və ehtiraslı duyğularına yenidən qanad verə bilərlər. Ayrı-ayrı otaqlarda istirahət etmək bir az da çılğın edə bilər münasibətlərini. Məsələn, kişi sevdiyi qadını axşam görüşə dəvət etməlidi. Bu romantik bir axşam yeməyi ola bilər. Qadının könlünü ilk gün olduğu kimi almağı bacarmalıdı. Qadına çılğın bir eşq yaşatmalıdı.

 

Bu tip istirahətlər ən soyuq münasibətlərin yenidən alovlanmasına kömək ola bilər. Ailədə itirdikləri intim həyatını istirahətdə yenidən bərpa edə bilərlər. Qadın da öz üzərinə düşəni etməlidi. Sevdiyi kişi üçün bəzənməli və bir az da intimual geyinməlidi. Sanki bununla ona mən səninəm işarəsini də verməlidi.

 

Psixoloqlar dönə-dönə qeyd edirlər ki, insanlar öz evlərindən uzaq olanda daha sərbəst və duyğu dolu olurlar. Özlərinin intim həyatını da tətil zamanı yenidən qaytara bilirlər. Bu əsasən qohumları ilə yaşayan insanlara aiddi. Onlar ailədən və evdən bir az uzaq olan kimi rahat nəfəs ala bilirlər. Və yenidən sönmüş intim həyatlarınn bərpasını düşünürlər.

Son zamanlar bu tip insanlara dəstək olmaq üçün intim-turizm şirkətləri də fəaliyyətini genişləndirib. Yəni insanlar yalnız istirahətə yox, həm də intim həyatlarında yenilik əldə etməyə gedirlər.

 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri