Kişi
ilə qadın arasında sağlam münasibət iki halda mövcud olur: bir-birinə
qarşı hörmət və ideal cinsi münasibət olduqda. Çünki bir yerdə sevgi
bitir və geriyə yalnız hörmət, problemsiz cinsi münasibət qalır. Ona
görə də, bir-birinizə hörmət qoymağa çalışdığınız kimi,
cinsi münasibətinizi də qaydasında saxlamaqda fayda var. Bunun üçün də
sizə cinsi münasibətinizi ideal səviyyədə saxlamaq üçün 6 sadə ipucu
veririk.
Yaxşı seksə mane olan nüanslar
1.
İlk dəfə nadir hallarda partnyora qarşı qorxu, kompleks və inamsızlıq
kimi hislər olur. Qadın ilk növbədə bütün bu problemləri aşmalıdır,
emosiyalarını tamamilə cinsi münasibətdən zövq almağa
istiqamətləndirməlidir. Bu orqazmı artırmağa kömək etmək üçün əla bir
şansdır.
2.
Tərəflərdən biri buna hazır olmadıqda seks mexaniki və mülayim şəkildə
baş verməlidir. Misal üçün, partnyorunuz həyəcanlıdırsa və sizdə bu hiss
yoxdursa, həmin an cinsi münasibəti bitirməyin. Gözləyin qarşı cinsi o
həyəcanını tam yaşasın və orqazm olsun. Belə halla qarşılaşmamaq üçün
yaxşı ünsiyyət qurmaq, əvvəlcədən bir-birinizin nə istədiyini bilmək
daha vacibdir. Ümumiyyətlə cütlüklərin cinsi ehtiyacları da
fərqli müddətlik olur. Məsələn, kişilər hər gün cinsi münasibət
istəyirsə, bu müddət qadınlarda həftədə bir dəfə olur. Kişilər 1
dəqiqəyə, qadınlar isə 15 dəqiqəyə orqazm olurlar. Bütün münasibətlərin
başlanğıcında mütləq bir uyumsuzluq olur. Amma zamanla
partnyorların bir-birinə güvənməsi bu problemin aradan qalxmasına kömək
edir.
3.
Bir çox cütlüklər küsdükləri zaman barışmaq üçün cinsi münasibəti
seçirlər. Bu, əsasən, şiddətli mübahisələrdən sonra baş verir və
əlaqələr aydınlaşdırmaq üçün böyük həll yolu kimi görünür. Amma təəssüf
ki, bu doğru addım deyil. Bülə mübahisələrdən sonra tərəflərdən birində
mütləq qəzəb və inciklik hiss olur. Əgər müntəzəm olaraq hər mübahisənin
sonunda cinsi münasibətlə barışma varsa, bu, yaxşı hal deyil.
İpucu: münaqişələrinizi yatağa sürükləməyin. Birinci sülh yaradın, daha
sonra yatağa keçin.
4.
Bu demək olar ki, hamının başına gəlir: kişi ev işlərində qadına kömək
etmək istəmirsə, deməli, qadın da qarşılığında yataqda olmaqdan imtina
etməlidir? Bəzən qadın cinsi münasibətdə olmaq istəmirsə "başım ağrıyır”
yalanını uydurur. Məsləhət: Heç vaxt belə addım atmayın. Cinsi
münasibət mütləq azad olmalıdır.
5.
Kişi əgər anal seks istəyirsə, siz buna qarşısınızsa nə etməlisiniz?
Mütəxəssislər məsləhət görürülər ki, bir-birinizə qarşı heç bir fiziki
zərər vermədən bütün fantaziyalarınızdan istifadə edərək ideal cinsi
münasibət yaşaya bilərsiniz. Və çalışın ki, məcburi heç bir şey olmasın.
6.
Bir çox qadınlar yataqda çox passiv olur. Belə halda kişi düşünür ki,
qadın istəmir. Əks cinsə də qadının istəkli olmağı çox vacibdir. Buna
görə də, çalışın müəyyən zamanlar cinsi münasibətin gedişatını öz
əlinizə alın. Əmin olun ki, çox yaxşı nəticə əldə edəcəksiniz.