Konyak qızğın intim üçün zəmanətdirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 672
Səs ver:
(səs: 0)

Konyak qızğın intim üçün zəmanətdirmi?

Maurice Hennessy danışır

"Hennessy” məşhur fransız konyakıdır. 1785-ci ildə Richard Hennessy tərəfindən Fransanın Cognac vilayətində əsası qoyulan bu konyak zavodu hazırda dünyada ən yaxşı konyak istehsal edən və satış üzrə birinci olan brendir. Zavod ildə təxminən 50 milyon şüşə konyak buraxır. "Hennessy”nin səkkizinci nəslinin nümayəndəsi olan Maurice Hennessy markanın təmsilçisidir. Maurice Hennessy Türkiyənin "Hürriyət” qəzetinə müsahibəsində konyakla bağlı maraqlı faktlar deyib. Kulis.az müsahibənin ən maraqlı hissələrini dərc edir.

- Konyak az istehsal və istehlak olunan içki növü kimi tanınır. Statistika necədir?

- Dünyada hər il 130 milyon şüşə konyak satılır. Bunun 65 milyonunu "Hennessy” təşkil edir. Konyak bazarının hardasa 5 milyard dollarlıq dövriyyəsi var. Elə də az deyil...

- Çox bahalı konyaklar da var deyəsən?

- Əslində qiymətlər 25 dollardan başlayır 6 min dollara kimi dəyişir. Amma xüsusi olaraq istehsal elədiyimiz konyaklar da mövcuddur. Məsələn, 16 min dollar qiyməti olan konyakımız da var.

- "Paradis Imperial” kimi...

- Bu məhsulu ötən il buraxmışıq. 100 ildən artıq müddətdə rus çarları üçün konyak ixrac eləmişik. Rus çariçası Mariya Fyodorovna 1818-ci ildə xüsusi konyak sifariş etmişdi. "Paradis Imperial” da məhz ondan təsirlənərək düzlədilib.

- Şotlandların daha çox konyak, fransızların isə daha çox viski içdiklərini deyirlər. Düzdür?

- Fransa "single malt” viski istehlakına görə dünyada nömrə birdir. Cognac bölgəsi isə istehsalının 99 faizini ixrac edir. Amma bu normal deyil ki? Fransa əhalisi 60 milyondur, dünyada isə 7 milyard insan var. Konyakın ən böyük bazarı ABŞ-dır. Çin də sürətlə böyüyən bazardır. Böyük Britaniyada Fransadan daha çox konyak istehlak edildiyini bilirik.

- Hər içki istehlakçısının bir profili var. Konyakı əsasən kimlər içir?

- Müxtəlif profilli insanlar konyak içir. Konyak sərt içkidir. Eyni zamanda çox zərifdir. Qadına da çox yaraşır.

- Bəzən kadın və yaxud kişi jurnalları mükəmməl bir görüş üçün ipucları verirlər, yollar göstərirlər. Atəşli intim üçünsə əvvəlcə konyak içməyi məsləhət görürlər. Bu barədə bildiyiniz bir araşdırma vardır?

- Düzünü deyim ki, əlimizdə bununla bağlı bir araşdırma və yaxud belə bir nəticə yoxdur. "Konyak qızğın intim zəmanəti verir”- deyə bilmərəm. Amma yatmamışdan qabaq içənləri tanıyıram. Daha rahat yatdıqlarını deyirlər. Bunu eləyən yüz yaşında adamlar tanıyıram.

- Bəzi konyaklar lüks məhsullar kateqoriyasındadır. Köhnə konyak bahalı konyakdır?

 - Bəzi insanlar dəyərli çaxır, viski və ya konyak almağı sevir. Konyakı şüşənin içində köhnəlmək üçün saxlamaq doğru iş deyil. 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 6 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri