İntim həyatınızdakı problemlərə "YOX" deyin - QIZIL MƏSLƏHƏT

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 3 359
Səs ver:
(səs: 1)
Normal intim həyatın təmin olunmasında orqanizmin qəbul etdiyi vitaminlərin rolu böyükdür. Yəni qida rasionuna daxil edilən ərzaq məhsullarının insanın intim həyatına təsiri böyükdür. Bəs intim həyat üçün vacib olan vitaminlər hansılardır?


E vitamini

Cinsi fəallıq üçün normal qan dövranı əsas amillərdən biridir. E vitamini orqanizmdə qan dövranının yaxşılaşmasını təmin edir. Sonsuzluğun əsas səbəblərindən biri orqanizmdə E vitamininin çatışmazlığı ilə bağlıdır. E vitamini cinsiyyət hormonu sintezini gücləndirir. Normal intim həyata malik olmaq üçün orqanizmin bu vitaminlə təmin olunmasına diqqət yetirmək vacibdir.
Günəbaxan yağı, qoz, fındıq, zeytun yağı, yulaf, lobya, qarabaşaq yarması, kəsmik, mal əti, banan, armud, portağal, soğan E vitamini ilə zəngindir.

C vitamini

Bu vitamin cinsi fəallığa problem yaradan sərbəst radikallara qarşı mübarizə aparır. Sərbəst radikallar azot turşusunun səviyyəsini aşağı salır ki, bu da cinsi meylliliyə mənfi təsir göstərir. Vitamin C orqanizmdə hormonların təbii mübadiləsini təmin edir, potensiyaya mənfi təsir göstərən stress və gərginlikləri aradan qaldırır.
Narıngi, limon, kivi, pomidor, kələm, qreypfrut, portağal, cəfəri, kərəviz, itburnu, kələm C vitamini ilə zəngindir.


A vitamini

Bu vitaminin orqanizmdə çatışmazlığı kişi və qadınlarda cinsi hormonların səviyyəsinin azalmasına səbəb olur. Orqanizmin A vitamininə olan tələbatını ödəməklə cinsi həvəsi artırmaq, normal intim həyata malik olmaq, ən başlıcası isə cinsi hopmonlarla bağlı problemləri aradan qaldırmaq mümkündür.
Kök, ispanaq, balqabaq, göy soğan, şirin bibər, itburnu, şaftalı, alma, üzüm, yemiş, paxla, balıq yağı, kürü, süd məhsulları, yumurta sarısı A vitamini ilə zəngindir.


B qrup vitaminləri

Bu qrupdan olan vitaminlər intim həyatın normada olması üçün vacibdir. B2 vitamini qadın cinsiyyət yollarının selikli qişasının vəziyyətini normada saxlayır,
B1 vitamini cinsi fəallığı artırır. B12 vitamininin çatışmazlığı intim həyatda passivliyə səbəb olur. B qrup vitaminləri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir ki, bu da birbaşa insanın intim həyatı ilə bağlıdır.
Ət məhsulları, xüsusilə quş əti, yumurta, süd məhsulları, balıq, avokado, banan, göyərti, günəbaxan B qrup vitaminlərlə zəngindir.

Yuxarıdakıları nəzərə alaraq qida rasionunuza diqqət yetirin ki, intim həyatınız normal və problemsiz olsun.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri