Sevgisiz intim olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 447
Səs ver:
(səs: 0)
Uzun zamandır ki, kişilərin leksikonunda «Sevgi yox, sadəcə intim var» və  ya buna bənzər fikirlərlə rastlaşırıq. Məsələnin dərinliyinə getsək, bu, kişilərin sevib-sevməməklərini tam nəzarətdə saxlaya bilmədiklərindən xəbər verir. Ümumiyyətlə, insanlar necə təminat verə bilər ki, onlar sevməyəcəklər?!
Amma çox təəssüf ki, qadınlar bu məsələdə bir o qədər də əmin ola bilmirlər. Çünki çox zaman qadınların beyni, ürəyi və bədəni bir biri ilə bağlı şəkildə çalışır. İnsanlar bəzən sevdikləri ilə birlikdə olarkən belə, çox kobud və nəvazişsiz davranırlar. O ki qaldı, sevmədikləri biri ilə! Qadınlar daima partnyorları ilə bağlı planlar və arzular içində yaşayırlar. Kişilər isə çox vaxt sevgisiz intimi üstün tuturlar. Çünki yalnız bu halda onlar heç bir məsuliyyət, bağlantı və davamiyyətə məcbur deyillər. Evli olan kişilər üçün isə bu, bir çox halda normaldır. Onların öz xanımlarını aldatmaq üçün bəhanələri hər zaman hazır olur. İşin ən qəribəsi də odur ki, kişilər sevmədikləri qadınla intimin daha xoş olduğuna inanır.
Unutmayın ki, sevgisiz intim fındıqsız şokolada, ərimiş dondurmaya, parik taxan qadının saçlarını daramasına, oyuna adam sayını artırmaq üçün dəvət edilməyə bənzəyir.
Orxan Aslanov (fotoqraf)
Cavanlıqda sevgisiz intim, qocalıqda isə intimsiz sevgi!!! Müasir dövrdə əvvəl intim, sonra isə sevgi var. «Əvvəl axır bu olmalıdır da, elə indidən başlayaq, vaxtımızı niyə hədər edirik?!»
Nura (müğənni)
Sevgisiz intim iki nəfərin ani ehtirasdan yaranan bərabərliyidir. Amma sevgi əsasında intimlə məşğul olmaq sevişmək adlanır. Sevimli insanla sevişmə bir dəfəlik intimlə heç cür müqayisə oluna bilməz. Əgər insan intimual partnyorunu tez-tez dəyişirsə, demək o, həyatda da belədir. Sevgi hissi ona yaddır.
Kamilə Babayeva (aparıcı)
Sevgisiz intim var, amma onunla sevdiyi ilə intimin nə olduğunu bilməyənlər məşğul olur. Sevgisiz intim bədən üçün mini həzzdir, bəs qəlb üçün nədir?
Samir Bayramlı (aparıcı)
Belə intim idmana bənzəyir. Xeyirlidir, əgər iki tərəf də bunun nə üçün olduğunu anlayırsa. Olanlardan təəssüflənməmək üçün gərək heç birinin digərinə qarşı güclü hissi olmasın.
Elçin (müğənni)
Əlbəttə, olar. Bəyəm intimi biznesə çevirən qızlar və oğlanlar sevgi əsasında işləyir? Bir də ki, əgər uzun müddət eyni cütlük intimlə məşğul olursa, zaman keçdikcə hisslər də yaranır.
Mansur (dj)
Sevgisiz intim olduğu kimi, intimsiz də sevgi olur. Öz təcrübəmdən bilirəm ki, intim münasibət olmadan da sevgi əlaqələri saxlanıla bilər. Məsələ bundadır ki, bu cür münasibətlərin xoş və ya acı bir sonluğu var.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 8 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri