Səhv evlilik cinsi soyuqluğa gətirib çıxarır

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 635
Səs ver:
(səs: 0)
Bütün cinsi funksiya pozğunluqlarında olduğu kimi, cinsi istək pozğunluğunun da fizioloji və psixoloji səbəbləri var. Bu səbəblər, bir çox hallarda xəstəliyin ortaya çıxmasına şərait yaradır.
- Psixointimual inkişaf mərhələlərində ortaya çıxan axsamalar;
- Erkən uşaqlıq dövrünə aid şüuraltı qarşıdurmalar;
- Cinsi münasibətə aid yanlış gözləntilər;
- Cinsi münasibətə aid əldə edilmiş səhv məlumatlar;
- Xətalı davranışlar, komplekslər;
- Utanc və günah duyğularına qapılma;
- Cinsi münasibətin qadağan edildiyi və qatı əxlaq qaydalarına zidd olduğu haqda cəmiyyətdəki yalnış informasiyalar;
- Birgə yaşayış problemləri və qarşıdurmalar;
- Tərəflər arasında uyğunsuzluq;
- Partnyorlardan birində psixoliji gərginlik, hər hansı psixi xəstəlik (depressiya kimi);
- İnsanın öz bədəninə, xüsusilə cinsi orqanlarına qarşı mənfi düşüncələri.
Cinsi istək azlığı yetkinlik dövründə başlayır
Cinsi istək azlığı yetkinlik dövründən başlayır və müalicə edilməyəndə həyat boyu davam edir. Yuxarıda bəhs edildiyi kimi, dini qanunlarla tənzimlənən mühafizəkar cəmiyyətlərin, cinsi pozğunluqların yaranmasında böyük təsiri vardır. Erkən yaşlardan etibarən qoyulan cinsi qadağalar və təzyiqlər, insanların cinsi istəklərini boğmasına və zamanla cinsi həyata və öz bədəninə yad olmasına gətirib çıxarır.
Cinsi istək azlığı birgə yaşayışın sonrakı dövrlərində də ortaya çıxa bilər. Bu da aşağıdakı səbəblər üzündən yaranır:
* Xroniki xəstəliklər
* Preparatlar
* Spirtli içkilər
* Narkotik maddə istifadəsi
* Menapoz
* Əmizdirmə dövrü
* Psixiatrik pozğunluqlar
* Tərəflər arasında qarşıdurmalar
* Cinsi zədələr və ya cinsi şiddətə məruz qalma.
Cinsi istək azlığından yaxa qurtarmanın etibarlı üsulu cinsi müalicədir. Cinsi istək azlığı şikayəti ilə intimoloqlara müraciət edənlərin sayı olduqca azdır. Cinsi istək azlığı yaşayan qadınlar, müalicə edilmədiyi üçün yaşaya biləcəyi həzz duyğusundan imtina etmiş olur və partnyorları ilə münasibətləri ciddi şəkildə zədələnir. Çünki, cinsi əlaqə cütlər arasında, əla ünsiyyət və yaxınlaşma formasıdır. Qadın və ya kişinin cinsi soyuqluğu, digər münasibətlərə də təsirsiz ötüşmür və birgəyaşayın gələcəyi daima təhlükə altında qalmış olur.
Cinsi funksiyanın bərpası, cinsi istəyin güclənməsindən asılıdır. Bunun üçünsə, intimoloqa müraciət etmək və müalicə olunmaq yetərlidir. Müalicə hər iki tərəfin iştirakıyla reallaşarsa, əsas problemi olan tərəf özünü təklənmiş hiss etməz və özünə inamlı olar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri