Xoşbəxt ailə sahibi olmaq üçün 5 tövsiyyə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 428
Səs ver:
(səs: 0)
ONA ÖZƏL OLDUĞUNU HISS ETDIRIN.

Biz qadınlar iltifat duymaqdan xoşlanarıq,ancaq düşünmərik ki,kişilərin də iltifatdan xoşları gələr.Kişilər də,xoş göründüyünü güclü və bacarıqlı olduqlarını eşitmək istərlər.
Gündə bir dəfə sevdiyini təqdir et.Sevildiyini hiss etdikcə özünü sizə daha yaxın hiss edəcək.

ÖPÜŞMƏYIN SIRRINI KƏŞF EDIN.

Münasibətdə öpüşməyin böyük faydası var.Öpüş cütlüyü bir birinə yaxınaşdırir.Bir anda sevdiyinizi öpün qucaqlayın.Fiziki təmasda olmağınız cinsi münasibətlərinizə də müsbət təsir göstərəcək.

SEVDIYI YEMƏKLƏRI BIŞIRIN.

Bildiyimizə görə kişilərin ürəyinə gedən yol,mədələrindən keçir.Həvəslə sevdiyi yeməkləri bişirib gözəl qablarda servis edin.Gözəl süfrə açın.Bunlar üçün,hansısa özəl günü gözləməyin.Hər gününüzü özəl etmək sizin öz əlinizdədir.

HƏYATI BIRLIKDƏ YAŞAYIN!

Bəzi cütlüklər günlük rutin iş və ev həyatına çox aludə olurlar.Axşam yeməkdən sonra da, divanda oturub sosial şəbəkələrdə vaxt öldürürlər.Birlikdə film seyr edin,teatra gedin,səhər yürüyüşlərinə çıxın,pikniklər təşkil edin.

XOŞBƏXT OLDUĞUNUZU HISS ETDIRIN!

Kişilər özlərini super qəhrəman kimi,hissetmək istəyərlər.Sizin xoşbəxtliyiniz kişini də xoşbəxt edər.Buna görə də,xoşbəxtliyinizi gizlətməyin.Sizin üçün bir şey etdiyində təşəkkür edin.Özünü güclü hiss edən kişi,daha da artığını etmək üçün cəsarətlənəcək.
Unutmayın ki,ən sərt görünən kişi belə,anasının quzusudur və sevginin aça bılmədıyı heç bir qapı yoxdur!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri