Mükəmməl evliliyin sirləri

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 432
Səs ver:
(səs: 0)
Xoşbəxt bir evlilik üçün iş yerinizdən ilham ala bilərsiniz. Mükəmməl evlilik üçün məsləhətlərimizi oxuyun.

Uğurlu bir karyera üçün komanda işinin nə qədər vacib olduğunu göstərən bir çox araşdırma var. Komanda yoldaşları ilə yaxşı yola getmək, lazım gəldikdə kömək istəmək, səbrli olmaq və ya ortaq məqsəd üçün işləmək... Bunları hamımız bilirik. Bəs iş həyatında uğura aparan bu tövsiyələri evliliyinizə də tətbiq edə biləcəyinizi düşünmüşdünüz? Həm də bu məsləhətlər əslində xoşbəxt bir evliliyin ən vacib addımlarıdır. Yəni mükəmməl evliliyin sirri iş yerinizdədir.

Kömək istəyin
Verimli iş üçün komanda yoldaşlarınızdan kömək istəməyin vacib olduğunu bilirsiniz. Çünki birindən kömək istəyə bilmək düşünüldüyündən daha çətindir. Kömək istədikdə qarşınızdakı insana olan hörmətinizi, təcrübələrinə, bacarıqlarına, ya da düşüncələrinə qarşı olan inancınızı göstərmiş olursunuz. Həmçinin bunu evliliyinizə də tətbiq etdikdə partnyorunuza hörmət və inamı göstərirsiniz. Bu zaman çətin anlarınızda kömək istəyə biləcəyiniz birinin olduğunu bir daha başa düşəcəksiniz.

Bir-birinizlə fəxr edin
Evlilik bir çox cəhəti ilə iş həyatına bənzəyir. İş yerinizdəki daim uğurlu olan qruplara baxın. Hamısının sirri eynidir. Komanda üzvləri bir-birinin uğuruna kölgə salmağa çalışmır. Əksinə bir-birləri üçün xoşbəxt olmağı bacarırlar. Evlilikdə də qarşı tərəfin uğurları sizi xoşbəxt edə bildikdə və onun üçün sevindikdə mükəmməl münasibət üçün ən vacib addımı atmış olursunuz.

Səbrli olun
İş həyatında bir işin bitməsi üçün günlərlə, aylarla çalışdığımız vaxtlar olur. Müdirimizə, iş yoldaşlarımıza, ya da müştərilərə davamlı olaraq səbr göstərməli oluruq. Ancaq məsələ münasibətə gəldikdə o qədər səbrli olmuruq. Halbuki səbrli olmaq qarşımızdakı insana əhəmiyyət verdiyimizi göstərməyin ən yaxşı yoludur. Partnyorumuza olan inamımızı, bir şəkildə işləri yoluna qoyacağımıza dair inancımızı göstərmək üçün sözlərdən çox səbrli olmaq işə yarayır. Əlbəttə sərhədlərinizin aşılmasına icazə verməyə ehtiyac yoxdur, amma həll oluna bilən problemlər üçün deyinmək yerinə səbr etmək, sənə inanıram deməyin ən yaxşı yoludur.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 432
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
Inanmıram mükəmməl evlilik mövcud olsun. Hər cütlüyün mütləq ki bir problemi olur, müəyyən səbəblər ailə münasibətlərinə təsirsiz ötüşmür.
4 iyun 2019 14:08
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
vipbetul
evli insanlar oxusun
4 iyun 2019 09:26
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Məncə mükəmməl evlilik yoxdu mütləqdiki nəsə çatışmasın bu həmişə belə olub nə qeder yazilsa da evliliyin mükəmməlliyinə inanmıram təşəkkür
3 iyun 2019 23:48
2
Perfect
Offline
BARBI
Esasi bir birinizi anlayin.Bir birinizi sevin
3 iyun 2019 23:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri