Xoşbəxt evliliyin sirləri

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 085
Səs ver:
(səs: 0)
ər kəs evləndikdən sonra xoşbəxt olub,birlikdə həyat sürəcəyi insanla gözəl bir ömür keçirmək istər.Təbii bu şəkildə xoşbəxt və dinc illəri birlikdə yaşamaq üçün yalnız sevgi bəs deyil.Cütlüklərin birlikdə keçirdikləri həyat boyu mütləq bəzi fədakarlıqlar etməsi lazımdır.Əslində cütlüklərin evliliklərini xoşbəxt və dinc bir şəkildə davam etdirə bilmələri üçün yerinə yetirmələri lazım olan vəzifələri vardır.Cütlüklər bu məsuliyyətlərini yerinə gətirdikləri və bir fərd olaraq bir-birlərinə hörmət etdikləri müddətcə evliliklərində mane olmaz.Xoşbəxt evliliyin sirləri ...

1- Ünsiyyət bir evliliyin olmazsa olmaz təməllərindən biridir. Cütlüklər arasındakı təsirli və sıx ünsiyyət aradakı səhv anlamaları və həqiqətdə var olmayan vəziyyətlərin aradan qalxması üçün çox əhəmiyyətlidir.Yoldaşınıza duyğularınızı,hiss etdiklərinizi,narahatlıqlarınızı çox dəqiq bir şəkildə ifadə etməlisiniz.Təbii söhbətdə yalnız sizin danışığınız olmamalı,eyni zamanda yaxşı bir dinləyici olmalısınız.Yəni monoloq deyil, hər zaman dialoq olmalıdır,əlaqədə.Partnerinizin sizə söylədiklərin çox yaxşı bir şəkildə dinləməniz də əhəmiyyətlidir.Ən əhəmiyyətlisi ünsiyyəti sakit bir mühitdə etməyə çalışmaq,bir-birinizi doğru anlama mövzusunda köməkçi olacaq.

2- Aradakı bağları gücləndirmək.Yoldaşınızla aranızdakı əlaqələri gücləndirmək,münasibətiniz üçün çox əhəmiyyətlidir.Zaman içində bir-birinizə qarşı etdiyiniz səhvləri, problemləri açıq bir şəkildə müzakirə edib, günahlarınızı anlayıb, aranızdakı əlaqələri gücləndirməlisiz.Əslində bu keçmişi keçmişdə bir daha açılmamaq üzrə buraxıb,yola daha ümidlə və sevgiylə davam edə bilmənin gözəl bir yoludur.Əgər bunu sınayıb, müvəffəqiyyətli olamadığınızı gördünüzsə,professional birindən kömək almaq,munasibətdə və əlbəttə evliliyi qurtarmaq adına doğru bir seçim olacaq.Bu nöqtədə edilən səhvlərdən biri munasibətdə mövzulara çox da obyektiv baxa bilməyəcək dostlarınızla bölüşməkdir. Çünki ediləcək səhv istiqamətləndirmələr,fikirlər ağılınızın daha çox qarışmasına səbəb ola bilər.

3- Təqdir və Təşəkkür edin.Sağlam bir evliliyin əhəmiyyətli nöqtələrindən biri də yoldaşınıza olan təqdiri və təşəkkürü ifadə etməkdir.Bir çox evliliyin kiçik əksikliklərindən biri olmaqla birlikdə əslində unudulan əhəmiyyətli bir amildir.Təqdir etmək və ya təşəkkür etməniz üçün mütləq böyük uğurlar görməyə çalışmayın.Kiçik şeylər üçün də olsa ona təşəkkür edin.Bu ona dəyər verdiyinizi göstərib,ona özünü xüsusi hiss etdirəcək.Bunu əlbəttə içinizdən gələrək etməlisiniz.Zaman zaman hər kəsin bundan daha çoxuna ehtiyacı olur.İş və ev həyatı arasında sıxışıb qalmış yoldaşlar və ya iş stresindən bezmiş yoldaşlar,onları motivasiya edəcək,yola davam etmələri üçün güc verəcək bir şeylər axtarır.Belə dövrlərdə bir yoldaş olaraq ona axtardığı gücü vermək də sizə düşür unutmayın!

Birlikdə bir axşam yeməyi ya da birlikdə bir film seyr etmek belə yalnız ikinizin baş-başa keçirəcəyiniz zamanlar baxımından çox əhəmiyyətlidir.

4- Daha çox zaman ayırın.Əgər bir qərar verib evliliyi seçtinizsə,evlilik hər zaman ilk növbədə olmalıdır.Unutmayın ki yalnız evlilik üçün deyil,hər hansı bir əlaqəni uzun müddət davam etdirmək ciddi bir fədakarlıq istər.Nə qədər sıx olsanız olun mütləq yoldaşınıza zaman ayırmağı laqeyd yanaşmamalısınız.

5- Mən deyil Biz olun.Evlilik əslində iki müstəqil fərdin bir araya gəlib,birlik olub həyatlarını davam etdirmələridir.Buna görə evlənəcəyiniz adamın da bir fərd olduğunu və ona hörmət göstərməniz lazım olduğunu unutmayın.Fərqli mədəniyyətlərdən gələ bilər, fərqli yetişdirmə tərzi ilə böyümüş ola bilər.Amma hər şeyə baxmayaraq onun düşüncələrinə və fərqli fikirlərinə hörmət edilməlidir.Əslində bu sizin üçün bir fürsətdə ola bilər,həyata başqa bucaqlardan baxmağı sizə öyrədər.Anlaşılmazlıqlar içində ola bilərsiniz ancaq problemləri həll etmək üçün bir-birinizə hörmətinizi itirmədən mübahisəli,mövzularda bir birinizi anlamağa çalışmalısınız. Bu şəkildə ortaq bir yol taparaq problemləri həll edə bilərsiz.Əks təqdirdə bir-birinizi günahlandırıcı şəkildə davransanız bu vəziyyəti olduğundan daha da pis hala gətirib cixaracaq.Artıq sən-mən deyil, biz olmalısınız!

6-
Romantizm olmazsa olmaz.Unutmayın, evlənəcəyiniz zaman heç bir şey bitməz.Evliliklərin ilk illəri hər zaman daha romantikdir.Zaman irəlilədikcə, məsuliyyətlər artınca və xüsusilə uşaq ilə birlikdə yoldaşlar arsındaki romantizm gedərək azalır,əslində unudulur.Ancaq bu müddət ərzində yoldaşınızla birlikdə əylənməyi,gülməyi unutmayın.Az da olsa birlikdə keçirəcəyiniz romantik anlar uzun və xoşbəxt bir evliliyin təməllərini sağlamlaşdırır.Birlikdə bir axşam yeməyi ya da birlikdə bir film seyr etmek belə yalnız ikinizin baş-başa keçirəcəyi zamanlar baxımından çox əhəmiyyətlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri