Xoşbəxt evlilik üçün tövsiyələr

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 243
Səs ver:
(səs: 0)
Evliliklərin təməlində xoşbəxtlik və hər zaman birlikdə olmaq məqsədi dayanır. Hər evlilik gözəl başlanğıclar üçün addım sayılır.

Ailə qurulan zaman birlikdə bütün olacaqlarını, qurduqları planları gerçəkləşdirəcəklərini arzulayırlar. Hər kəs xoş hadisələr yaşayacağına inanır. Ancaq bir-birini sevən iki insan getdikcə sıxılmağa, evliliyin səhv olduğunu düşünməyə başlayır.

Birlikdə olmaq onlara görə adi hala çevrilir və bu vəziyyətdən çıxmaq üçün vasitələr axtarmağa başlayırlar. Tapdıqları üsullar bəzən çox pis ola bilir. Tərəflərin yola getməməsi, yeni həyəcan axtarışları xəyanətə gətirib çıxarır. Xoşbəxt evlilik düşünən insanların sonu təəssüf ki, boşanma ilə bitə bilir.

Bəs bu hala gəlməmək üçün nələr edilməlidir? Xoşbəxt ailə üçün tövsiyələr hansılardır?

Evliliyinizə şans verin!

Böyük sevgi hiss edərək evləndiyiniz insana qarşı duyğularınız əvvəlki kimi deyil? Sizcə sevginin ömrü varmı? Sevgi, ayaqlarımızı yerdən kəsən mükəmməl duyğudur, ancaq sonsuz deyil. Hələ də bir-birinə qarşı sevgi hiss edən 50-60 illik cütlüklər var, biz niyə elə ola bilmirik? Evliliyi və sevgini bir qəlibə qoya bilməzsiniz. Hər münasibətdə sevgi, eşq və sədaqət anlayışları, insanlar arasında bağlar da fərqlidir.

Evlilikdən sonra da sevgi və hörmət anlayışları qalmalıdır. Sizə xoşbəxt münasibətlərinizin davamlı olması üçün tövsiyələrimiz aşağıdakılardır:

Sürpriz etməkdən çəkinməyin!

Tərəflərin bir-birinə sürpriz etməyi uşaqlıq deyil. Əksinə bu qarşınızdakı insanı xoşbəxt etdiyi qədər sizi də sevindirəcək.
Evliliyinizi monotonlaşdırmayın. Axşam yeməyini hər gün evdə yemək və ya bütün həftəsonlarını evdə keçirmək məcburiyyətində deyilsiniz. Fərqlilik münasibətinizi hər zaman canlı saxlayacaq.
Hər şey həmişə qaydasında getməyə bilər. Ailədə mübahisələr olması normaldır, bu hallarda hörməti saxlamağınız və sərhədləri bilməyiniz zəruridir.
Həyat hər zaman mükəmməl ola bilməz. İşyoldaşlarınızla, dostlarınızla olan xoşagəlməzlikləri həyatyoldaşınıza yükləməyin. Yaşadığınız sıxıntıların heyfini ondan çıxmayın. Əksinə problemlərinizi onunla bölüşərək özünüzü daha rahat hiss edə bilərsiniz.
Evli olmağınız eyni şeylərdən zövq alacağınız mənasına gəlmir. Fərqli hobbiləriniz ola bilər. Bir-birinizin maraq dairələrinə hörmət etməlisiniz.
Küskünlüyünüzü dilə gətirin. Qarşı tərəfə reaksiyalarınızı açıq şəkildə deyin. Ürəyinizdə saxladığınız halda adi situasiyalarda əks reaksiya verəcəksiniz. Daim əsəbi və gərgin olacaqsınız. Münasibətdə sizi narahat edən nələr varsa, bölüşərək həll yolu tapmağa çalışın. Məsələn, monotonluqdan sıxılanda bunu bildirin və evliliyinizə yeni həyəcanlar qatın

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 243
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri