Sevgi dilləri fərqli olanlar necə davranmalıdırlar?

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 212
Səs ver:
(səs: 0)
Görəsən, ailədə ancaq sevgi dilləri eyni olanlarmı xoşbəxt olurlar? Ya da ailənin xoşbəxt olması üçün əsas şərt sevgi dillərinin eyni olmasıdır? Təbii ki, yox! Ailədə hər iki tərəfin sevgi dillərinin eyni olması yaxşıdır. Üstəlik, bu, tərəflər arasında ünsiyyətin artması deməkdir. Ancaq bəzən bunun əksi də olur. Yəni, ailədə ünsiyyəti təkcə sevgi dillərinin eyni olması yox, fərqli olması da artırır. Bəs görəsən, sevgi dili fərqli olanlar nə etməlidirlər?

Elə isə sevgi dili nədir?

Qısa bir şəkildə desək, sevgi dili sevginin ifadə edilməsi və ya qəbul olunması formasıdır. Bu baxımdan, bəzi tərəflər sevgi dilində daha çox fiziki təmasa üstünlük verirlər. Məsələn, belə tərəflər sevgilərini toxunaraq ifadə edirlər (məsələn, əldən tutmaq kimi). Bəziləri isə sevgi dilində sözə daha çox yer verirlər. Məsələn, adi “Səni sevirəm” sözü onlar üçün çox şey ifadə edir. Bəzilərinin də sevgi dilləri hədiyyədir və onlar öz sevgilərini hədiyyə ilə ifadə edirlər. Təbii ki, bu maddələrin sayını artırmaq da olar. Ancaq, əsas məsələ tərəflərin eyni sevgi dilinə malik olması yox, bir tərəfin qarşı tərəfin sevgi dilini bilməsidir. Ona görə də, tərəflər “Onsuz da həyat yoldaşımı sevirəm” və ya “Belə şeylərə ehtiyac görmürəm” deməməli və təkcə öz sevgi dillərinin təsiri altında qalmamalıdırlar.

Başqa sözlə, həyat yoldaşınız sizə işlərinizdə kömək edirsə və ya işlərinizi asanlaşdırmağa çalışırsa, bu onun dilində “Səni sevirəm” sözünü ifadə edə bilər. Əvəzində bunu görməmək və özünüzü yalnız bu cümləni eşitməyə kökləmək təbii ki, sizə uğur gətirməyəcək. Üstəlik, bu, tədricən qarşı tərəfin bezməsinə səbəb olacaq.

Bəs elə isə, nə etməli?

Hər şeydən əvvəl, qarşı tərəfin sevgi dilini öyrənmək üçün həyat yoldaşınızı müşahidə edin. Hansı hərəkətlər ona necə təsir göstərir? Nə vaxt hansı reaksiyanı verir? Digər tərəfdən, həyat yoldaşınızın sizin sevgi dilinizi öyrənməsi üçün gözləyə ya da bu məsələni oturub bir yerdə müzakirə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri