Gənc ailələrin sosial ev problemi

Müəllif: diablo
Şərhlər: 2
Baxılıb: 479
Səs ver:
(səs: 0)
“Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər.  CESD-nin tədqiqatları göstərir ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac var”.

Qadınla.Com xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirir.

Ekspertin sözlərinə görə, güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib:

“Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır: hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyyənləşib? Məgər, cəmiyyət üçün müəllim məmurdan az faydalıdır?”

Ekspert qeyd edir ki, sosial evlər ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə ünvanlanmalıdır:

“Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər. Bu kontekstdən, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir.

 

CESD  təklif edir ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibidr.

Üçüncüsü, daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosial vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. İndiyədək məcbur köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq, dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

Dördüncüsü, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var. Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb, onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır”.

V.Bayramov bu təkliflər diqqətə alınarsa, qeydiyyatsız ev probleminin də öz həllini tapacağını vurğulayır:

“Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunardısa onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 479
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Heqiqeten dogru meseleye toxunmusuz.Butun xarici olkelerde genc ailelere ev verilir.Bizde genc aileler surunur.Bir terefden is tapsin bir terfden ailesine baxsin bir terefdende ev barede dusunurler
21 yanvar 2020 09:13
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Miss_Oxatan
belke de dunya sivil olkelerin icerisinde muellime hormetsizlik edilen yegane olke bizim dovletdir.ve mehz buna gore de bugun tehsil,tehsille yanawi telim bu veziyyetdedir.maawlar az olmasi oz yerinde eyni zamanda da memurun ozunu beke memur eden muellime bu sahede bele guzewt daha awagidir.biabrciliqdir sadece.men bunu iller evvel muellime diplomumu goturub maarif wobesine muraciet edende bildim ve o gun de tupurdum.21yawlarda genc bir qiza get 10min getir sene ders verim deyen alcaq maarif muduru olan dovletden muellime qarwi her cur hormetsizlik gozleyin.eslinde yeni valyuta buraxilarken 3qepiyin uzerine tehsil emblemi yapiwdiranda ozleri subliminal mesaj veribler ictimaiyyete.tehsilimiz dogurdanda 3qepiklik oldu.
21 yanvar 2020 02:00
1
#flatearth

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri