İnsanlar niyə vətəndaş nikahında yaşamağa üstünlük verirlər?

Şərhlər: 3
Baxılıb: 1506
Səs ver:
(səs: 1)
Azərbaycan cəmiyyətində sevgi ilə nikah bəzən bir-birinə qarşı qoyulur. Sevgi yoxdur, nikah var – ailədir. Sevgi var, amma nikah yoxdur – ayıbdır. Nə sevgi var, nə nikah – bu, artıq faciədir. Həm də təkcə iki insanın faciəsi deyil…

Amma son illərdə hər şey bir az dəyişib. Rəsmi nikah olmadan qurulan ailələrin də, belə ailələrdə, eləcə də təsadüfi əlaqələrdən doğulan uşaqların da sayı çoxalır. Buna qarşı ictimai qınaq hələ də qüvvəsini saxlayır. Bəzən bu qınaqdan qaçan analar başqa şəhərlərə, başqa ölkələrə üz tuturlar. Amma qaçmayanlar da var.

Niyə vətəndaş nikahı?

Sosioloq Mehriban Nəsibin sözlərinə görə, vətəndaş nikahı başqa ölkələrdə qəbul edilən, islam ölkələrində isə qəbul edilməyən birgə yaşayış növüdür: “Belə yaşayış Azərbaycanda cəmiyyət tərəfindən qəbul edilmir. Bizim üçün kağız parçası hər şeydən önəmlidir”.

Mehriban Nəsib bildirir ki, bəzi qadınlar boşanandan sonra belə bir evliliyə razı olurlar: “Çünki övladları doğulur, hətta böyük övladları olur, ikinci dəfə ailə qurmaq isə ayıb hesab edilir. “Böyük uşaqların var, bundan sən ailə quracaqsan?” qınağı ilə qarşılaşan qadınlar ikinci dəfə ailə qurmaqdan çəkinirlər”.

“Amma kişilərdə belə deyil. Kişi 70 yaşında belə, yenidən ailə qura bilir. Qadınlar isə 40 yaşından sonra ailə qura bilmirlər. Bu, xüsusən də qayınanası ilə birlikdə yaşayan qadınlara aiddir. Belə qadınlar dul qalsalar da, ailə həyatı qura bilmirlər” – mütəxəssis vurğulayır.

Sosioloq hesab edir ki, bəzən Azərbaycanda qadının insan olduğu, onun da tələbatlarının olduğu unudulur: “Qadının yemək, içmək, yatmaq, yuyunmaq və s. kimi cinsi əlaqəyə də tələbatı olur. Buna görə də, yaxşı olardı ki, qadınlar ailə həyatı qursunlar. Amma qura bilmirsə, bir çox qadınlar vətəndaş nikahına girirlər”.

“Düzdür, mən özüm kiminsə ikinci arvadı, kiminsə həyatında ikinci dərəcəli olmağı qəbul etmərəm. Amma bəzən olur ki, qadınlarımız çıxılmaz vəziyyətdə qalır və buna görə də kiminsə həyatında ikinci qadın olmağı qəbul edirlər. Kişinin maddi tərəfdən dəstək olacağına inanan qadın ikinci olmağa, vətəndaş nikahına girməyə razı olur. Cəmiyyətimizdə belə evliliklər kifayət qədərdir. Amma bütün çətinliklərə rəğmən qadın kiməsə boyun əyib ikinci olmağı qəbul etməməlidir” – M. Nəsib qeyd edir.

Vətəndaş nikahı nədir?
Psixoloq Nigar Məmmədova hesab edir ki, vətəndaş nikahı insanların bir-birini yaxından tanıması üçün önəmlidir, amma bu, Azərbaycanda mümkünsüzdür: “Bizim ölkəmizdə kiminləsə görüşmək, bir yerdə yaşamaq, vətəndaş nikahı, dini nikah normal qarşılanmır. Amma bu, o demək deyil ki, heç kim bunu yaşamır. Qəbul etməliyik ki, bir qədər imkanı olan kişilərin həyatında vətəndaş nikahı ilə yaşadığı xanım olur”.

“Bu artıq insanların öz seçimidir. Kimsə qadına və ya kişiyə deyə bilməz ki, həyatında ikinci biri olmasın. Amma qeyd edim ki, kişinin həyatında ikinci qadın olmaq asan iş deyil. Bir psixoloq kimi mənə müraciət edən qadınların həyatına nəzərən deyə bilərəm ki, kişinin həyatında ikinci olan qadınlar çox problem yaşayırlar” – müsahibimiz bildirir.

Psixoloq qeyd edir ki, qadınlar iki səbəbdən ikinci qadın olmağı qəbul edirlər: “Bunlar maddi dəstək və sevgidir. Yəni, çox zaman boşandıqdan sonra qadınlar çarəsiz vəziyyətdən qurtulmaq üçün evli olan kişinin vətəndaş nikahı ilə yaşadığı qadın olmağa razılıq verirlər. Əgər münasibətlər sevgi üzərində qurulursa, bu zaman qadın çox problem yaşayır. Bəzən psixoloji travmalar da ala bilir”.

“Çox zaman iki-üç qadınla yaşayan kişilər İslam dininə istinad edirlər. Ancaq unudurlar ki, dinimizdə belə qadın hüquqları güclü şəkildə qorunur” – o vurğulayır.

Nərgiz Məmmədovanın sözlərinə görə, vətəndaş nikahının artmasına səbəb boşanmaların artması və erkən nikahlardır: “Bəzi ailələrdə qızlar çox erkən yaşlarda ailə həyatı qururlar. Yaşı çatmadığı üçün nikaha girməyən qadın, aradan uzun illər keçsə belə, nikaha salınmır”.

Psixoloq bildirir ki, vətəndaşların rəsmi olmadan birlikdə yaşamaq istəyinin səbəbi məsuliyyətdən boyun qaçırmaqdır: “Bəzi insanlar hələ də dini nikaha üstünlük verirlər. Onlara elə gəlir ki, dini nikah bağlamaqla iş bitmiş olur”.

Qanun dini kəbini tanımır
İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, ölkəmizdə heç bir idarə və təşkilat şəriət kəbinini tanımır: “Yəni, bu nikah insanların qəlbinin rahat olması üçündür. Amma bütün digər dinlərlə yanaşı, İslamda da dini nikahın mövcud olması və bu nikahın bizim dövrümüzə çatması, bunun Allah əmri olmasına şübhə yeri qoymur”.

Teoloqun sözlərinə görə, bu gün bütün müsəlmanlar dini nikah, imam nikahı, şəriət kəbini kəsdirmədikdə, öz həyat yoldaşlarını özünə haram hesab edirlər:

“Əmindirlər ki, zina etmiş kimi günah qazanırlar. Mənim də dini inancıma görə, şəriət kəbini olmadan bir qadının səninlə ailə qurması həmin qadını sənə halal etmir. Bu, tək mənim inancıma görə yox, bütün müsəlmanların inancına görə belədir və belə olmalıdır”.

“Ancaq bu gün bəzi şəxslər demokratik dövlətdə yaşadıqlarını iddia edərək, kəbində rəsmi sənəd olmadığından bunu dinimizdən və adət-ənənəmizdən çıxarmaq istəyirlər. Qədimdən gələn adət-ənənəmizə və dinimizin şərtlərinə uyğun olaraq da dini kəbin kəsdirməyi insanların qəlbinin rahat olması üçün zəruri hesab edirəm” – Ə. Həsənov vurğulayır.

Dünyanın bir çox ölkələrində bu normal qarşılansa da, Azərbaycanda vətəndaş nikahı birmənalı qarşılanmır. Amma buna baxmayaraq, vətəndaş nikahında yaşayanların sayı həddən artıq çoxdur. Çünki bu insanların öz seçimidir və insanların seçiminə heç kim qarışa bilməz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1506
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 80756
Xəbər sayı: 30
BARBI
Nigah qadin huququ ucun mutleqdir.Qadin en azindan bir sey teleb ede bilir.Nigah olmadan yasamaq dogru deyil.Ikinci olmagi qebul etmerem.Ikinci aile qurmaga pis baxmiram
26 aprel 2020 11:21
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 933
Xəbər sayı: 19
_abdullazadə_l_
Mən dini kəbini üstün tutram. Vətəndaş nikahı boşanmaq üçün sənətdir ki asan boşanmaq olsun yəni fikrimcə.
26 aprel 2020 00:50
2
Hərbiçi yarı
Şərh sayı: 6256
Xəbər sayı: 0
Cema_Axodova
Vetendaw nigahina pis baxiram demezdim.sadece ikinci olmagi duwunen qadinlar mene catmir.kiminse ailesinde problem yaratmaqdansa resmilewdir subay bowanmiw insanla aile heyati qur.qadin bir defe aile heyati quracaq deye qanun yoxdu.niye kiwi hansi yawda olsa ve necenci defe olsa pis baxilmir qadindi deye pis baxilir.bizde daha cox qadinlari qinayan ele biz qadinlariq.men bowanmiwam 2ci defe subay insanla aile heyati qurmuwam deye demirem.o qeder bexti getirmeyen qizlarimiz var ya ozlerinden yawca cox boyuk insanlarla aile heyati qurur yada hec zaman evlenmirler.qadinlarimizinda xowbext olmaq haqqi var.ama kiminse 2ci qadini olmaq yox bu en azindan gelecekde ozune ziyandi.cunki 2ci olmaq daimi olmur hacansa senden ayrilirlar.yene tek qalirsan.resmi nigah mutleqdi.
26 aprel 2020 00:12
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri