Münasibətlərdə ən çox yaşanan 7 problem

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 491
Səs ver:
(səs: 0)

Əlaqələrdə ən sıx yaşanan 7 dava səbəbi…
Narahatlıqlanmayın, ən xoşbəxt cütlər belə döyüşür. Cütlərin ən sıx döyüşdüyü səbəbləri və həllərini bilsəniz, tədbirinizi götürüb "kiçik sıyrıqlarla" sovuşdura bilərsiniz.
Sevgilinizlə elə gərəksiz mövzularda döyüşdüyünüz olar ki, geriyə dönüb baxdığınızda peşmanlıq eşidərsiniz. Kiçik ya da böyük bütün mübahisələr əlaqənizin gedişatını təyin edə bilər. İşə yaxşı yanından baxaq; bu şəkildə bir-birinizi daha yaxşı tanıyarsınız və bəlkə illərinizi səhv biriylə xərcləmədən uzaqlaşarsınız.
İşdə əlaqələrdə ən çox yaşanan yeddi döyüşün səbəbi və çarələri…
1) ALVERDƏ RAZILAŞA BİLMİRİK
Əlaqənin başında yeməyə çıxdığımızda variantlar arasında yalnız çiyələk, şokolad və vanil olduğundan işlər çox asan idi! Zaman keçdikcə variantlar və bəyənmələr mövzusunda qarşıdurmalar yaşanması çox təbii. Xüsusilə bazar günləri mebelçilərdə mübahisə edən cütlərə tez-tez rast gələrik. Qulağa çox qəribə gəlsə də, alternativlər artdıqca minicik bir ştativ götürərkən belə baş qarışıqlığının meydana gəlməsi çox normaldır. Bu vəziyyət təbii olaraq iki tərəfdə də stressə səbəb ola bilir.
Necə önlənər:
Mağazaya getmədən əvvəl büdcə mövzusunda məhdudlaşdırma gətirin. O anda əhəmiyyətli görünən bir qərar, sonradan sizə mənasız gələ bilər. Əgər bir ştativdən bəhs ediriksə, bunu unutmayın: Zamanla üzərində stəkan ləkələri meydana gələcək və sonsuza qədər sizinlə qalmayacaq. Digər bir deyişlə, əgər qiymət şkalanıza yatırsa və rəngini də bəyəndinizsə heç düşünmədən satın alın… Bu qaydanı digər şeylər üçün də düşünün.     

                                                                                                                                                                                                                                      2) SƏRXOŞKƏN MÜBAHİSƏ
Saat səhərin ikisi və kişi yoldaşınızla döyüşdükdən sonra gözyaşları içində avtomobilinizə atladınız. Belə bir hadisəni mütləq yaşamısınız. Spirt, normalda çox da şişirdilməyəcək bir hadisəni böyütmənizə səbəb olar, doğru düşünmənizi mane olar.
Buna görə döyüş əsnasında söylədiyiniz bir şey sonradan peşman olmanıza səbəb ola bilər. İçki içmənin kənarında, yorğunluq bu mübahisə  ssenarisini daha da təhlükəli bir hala gətirə bilər.
Necə önlənər:
Məntiqli və ya romantik bir şəkildə düşündüyünüzdə içkili bir insanla mübahisənin faydasız olduğunu anlaya bilərsiniz. Bu vəziyyətdə, daha az içkili olan tərəfin məsuliyyəti üstünə götürməsi lazımdır. Səhvlisinizsə üzr istəmək üçün səhəri gözləyə bilərsiniz. Əhəmiyyətli olan qəzasız bəlasız bir şəkildə evə çatmanız.
3) MALİYYƏ BÖHRANLAR
Birlikdə tətilə çıxma planları edərkən bir paltara çamadan dolusu pul yatırtmanız kişi yoldaşınızı əsəbiləşdirə bilər. Siz də onun bu paltarı nə qədər istədiyinizi anlamamasına pozula bilərsiniz.
Əgər maddi baxımdan eyni səviyyədə deyilsinizsə, pul əlaqənizdə böyük problemlər yarada bilər. Əgər bir adam pul yığarkən digəri xərcləmə mövzusunda özünə maneə ola bilmirsə anlaşılmazlıq yaşanması qaçınılmazdır.
Necə önlənər:
Xüsusilə birlikdə yaşayırsınızsa ikinizin də razılaşdığı bir büdcə meydana gətirmək bunun tək çarəsidir. Pul xərcləmə və büdcə haqqında danışmamanız iki tərəfin üzərində də təzyiq meydana gəlməsinə səbəb ola bilər. Və gün gəlir o təzyiq bir bomba kimi partlaya bilər.
Neyə sahib olduğunuz və nələr istədiyiniz mövzusunda açıq olun. İkinizi də xoşbəxt edə biləcək ortaq bir nöqtə üzərində görüşməyə çalışın.

4) YOLDAŞLARINIZA MÜTLƏQ ZAMAN AYIRIN
Hərdənbir öz yoldaşlarınızla çıxmalısınız. Hər vaxt sevgilinizin yoldaşlarıyla zaman keçirməniz sizi sıxa bilər. Bunun nəticəsində qarşıdurma yaşaya bilərsiniz.
Cütlər arasında yaşanan gərginliklərin səbəblərindən biri zaman paylaşmasıdır. Davamlı həyatınızdan fədakarlıq etdiyinizi düşünüb əsəbiləşmək yerinə yaxşı mütəşəkkil olmağa çalışın.
Necə Önlənər:
Proqram edin. Bir gündəlik ya da təqvim əldə edin. Kim kiminlə, harada, nə vaxt və nə qədər müddət görüşəcək deyə qeyd edin
Əgər uzun zamandır birlikdəsiz, sevgilinizin yaxın yoldaşlarıyla aranızda ortaq nöqtələr tapmağa çalışın, xüsusilə zaman keçirməkdən xoşlana biləcəyiniz cütləri təyin edin.

5) ORGAZM OLMA PROBLEMİ
Yataqda keçirdiyiniz uzun saatlar sonunda orgazm olmaq yerinə təminsizlik yaşayırsınızsa ona əsəbiləşməniz təbiidir. Amma gözəl bir nisbət söz mövzusudursa, hər səfərində orgazm olmağı gözləməyin.
Kişi yoldaşınıza yüklənmək yerinə, bir-birinizi yataqda necə təmin edə biləcəyinizi danışa bilərsiniz. Ona kompliment denin və kiçik tərslikləri böyütməyin.
Necə önlənər:
Nəzakətli və səbirli bir şəkildə onu istiqamətləndirin. Çox açıq fikirli görünsə belə, çoxu kişi bu mövzu haqqında çox fikir sahibi deyil.
Kişilər sanki bir tapşırıq kimi kitablar oxucu, suallar soruşar və danışarlar. Qadınlardan tək və ən əhəmiyyətli gözləmələri isə onlara doğru nöqtənin göstərilməsidir.
                                                                                                                                                                                                                   6) KÖHNƏ SEVİMLİ KÖHNƏDƏ QALDI
Əlaqənizin bir dövründə mütləq köhnə sevimli üzündən döyüşəcəksiniz. Bu bir əlaqə klassiyidir. Xüsusilə çıxmağa başladığınız günlərdə və ikinizdən biri yeni ayrıldısa yaşanar bu problem
Bunun tək səbəbi, yeni sevgilinizin sizin haqqınızdakı hisslərinə tam mənasıyla güvənməmənizdir. Görəsən yer üzündəki tək və ən mükəmməl qadın olduğunuzumu düşünür? Təbii unutmayın, eyni şey kişi yoldaşınız üçün də etibarlı. Sizin üçün yaradılıb yaradılmadığı mövzusunda şübhələri varkən niyə köhnə sevgililər haqqında danışırsınız ki?
Necə Önlənər:
Keçmişin keçmişdə qaldığını anlamalısınız. Mövzu açıldığında köhnə sevgilini gündəmdən çıxarın. İkiniz üçün nəyin əhəmiyyətli olduğuna fokuslanın. Üçüncü bir adama ehtiyacınız yox. Günün sonunda onunla birlikdə olan o deyil, sizsiniz. Niyə kədərlənəsiniz ki?

7) XÜSUSİ GÜNLƏRİ ÇOX ŞİŞİRTMƏYİN
Ad günü ya da yeni il kimi xüsusi bir gün üçün xəyal edilən proqram reallaşmayınca cütlər arasında qarşıdurmalar yaşana bilər. Başınızdakı qüsursuz gecə üçün səhərdən etibarən hazırlandığınız halda o sizi ayaq üstü bir hamburger yeməyə apara bilər. Böyük xəyal qırıqlıqlarını önləmək üçün xüsusi günlərə istiqamətli gözləmələrinizi təyin etməniz əhəmiyyətli.
Gözləmələrinizi çox yüksək tutmanız yaşayacağınız xəyal qırıqlığı əmsalını artıra bilər. Əgər bunun üçün sevgilinizə çox təzyiq tətbiq etsəniz, sizdən uzaqlaşmasına yol aça bilərsiniz.
Necə önlənər:
Gözləmələriniz mövzusunda açıq olun. Xəyal etdiyiniz şeyləri ona eyham etmək yerinə açıq açıq danışmağı təcrübəyə bilərsiniz. Ona ipucları verərkən dəqiq olun.

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri