Ideal həyat yoldaşı necə olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 577
Səs ver:
(səs: 5)

Hər bir gənc qız və ya oğlan ideal insanla ailə qurmağı arzulayır.
İdeallar, xəyallar, gözləntilər və vazkeçilməz olan axtarışlar qarşısında isə özünə həyat yoldaşı tapmaq və ailə qurmaq məsələsi çətinləşir.
İdeal axtarışında olanlar ilk öncə özlərinə nəzər salsınlar.
İdeal həyat yoldaşı olmaq elə də çətin deyil. Bir necə tələbə riayət etməklə siz gözəl ideal həyat yoldaşı ola bilərsiniz.
Hər şeydən əvvəl ideal həyat yoldaşı yaxşı dostdur. O, saatlarla ailəsi ilə xoş vaxt keçirir. Ərköyün uşaq kimi hər şeydən küsüb, pis üz göstərmir.
Həssas, mədəni və fərasətlidir. Həyat yoldaşının danışmaq istəmədiyi mövzudan uzaq gəzməyə çalışır. Bədbin deyil. Hadisələri pozitiv dəyərləndirməyi bacarır. Gülərüz olması və xoş sözləri ilə həyat yoldaşına yaşama sevinci verir.
Gözəl söz deməkdə cömərd, pis sözdə isə xəsis olur.
Həyat yoldaşını olduğu kimi qəbul edib, dəyişdirməyə çalışmır. Onu başqaları ilə müqayisə etmir. Dalaşmaqdansa, səbirli olmağa üstünlük verir.
Atacağı hər addımda həyat yoldaşının fikirlərini öyrənir. “Belə bir addım atmaq istəyirəm. Sən necə düşünürsən?”, – deyə soruşur.
Həyat yoldaşının xasiyyətinə görə davranır. O gülərkən ağlamır, ağlayarkən gülmür.
Həyat yoldaşının qohumlarına qarşı diqqətli və hörmətcildir.
Hər şeydən tez usanmır. Əsəbi və hirsli deyil. Evliliyin fədakarlıq tələb etdiyini düşünür və bəzən güzəştə getməyi bacarır. Yerində danışıb, yerində susmağı bilir.
Həyat yoldaşının zövqünə hörmətlə yanaşır. “Zövqlər və rənglər mübahisə edilməz” şüarını seçir. Ona qarşı həmişə dürüst olur və verdiyi sözləri mütləq yerinə yetirir, boş vədlər vermir.
Həyat yoldaşının hər insan kimi qüsurları və xətaları ola biləcəyini qəbul edir.

 

Redakte etdi: PRETTY_GİRL

(səs: 5)
Şərhlər: 1
Baxılıb: 5 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri