Ailə həyatı qurmadan əvvəl ilk özünüzü sorğuya çəkin !

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 771
Səs ver:
(səs: 2)
Niyə evlənmək istəyirəm?
Niyə evlənmək istədiyiniz çox əhəmiyyətli bir sualdır. Ailədən qaçışmı, problemlərdən qaçışmı, gecikmə qorxularımı, uşaq sahibi olmaq istəmənizmi, yoxsa həqiqətən bir insanla evlilik bağıyla bağlanaraq bir ailəmi qurmaq istəyirsiniz?
Niyə bu adamla evlənmək istəyirəm?
Niyə başqa biriylə deyil də bu insanla evlənmək istəyirsiniz? Bir-birinizi kifayət qədər yaxşı tanıyırsınız? Birlikdə ortaq məsuliyyətlər almaqla əlaqəniz bundan necə təsirlənəcək? Birlikdə eyni evin içində uzun illər bir-birinizi dəstəkləyərək və inkişaf etdirərək yaşaya biləcəksinizmi?
Necə bir həyat yoldaşı modeli istəyirəm?
Necə bir yoldaş modeli istəyirsiniz? Qoruyucu, müasir, ənənəvi, fədakar, sərbəst, fərqli düşünən, ananız kimi, atanız kimi vs...
Evlənməyi düşündüyünüz insan bu həyat yoldaş modelinə uyğun quruluşdadır? Yoxsa evləndikdən sonra onu dəyişdirə biləcəyinizimi düşünürsünüz?


Saxladığımız hər mənfi yönümüz evlilikdə ciddi bir müzakirə və uyğunlaşmazlıq mövzusu olaraq qarşımıza çıxacaq. Buna görə evlənmədən əvvəl sevgili ya da nişanlılıq dövrünüzdə özünüzü olduğunuz kimi ortaya qoymalı və heç bir yönünüzü birlikdə olduğunuz insandan saxlamamalısınız.

Həyata Baxışımız Paraleldir?
Həyata eyni bir pəncərədən baxa bilirsinizsə bir-birinizi hər vaxt doğru qəbul etməniz mümkündür. Siz hadisələrin həmişə müsbət yönünü görən ancaq həyat yoldaşınız həmişə mənfi yanını görən bir quruluşdadırsa bu fərqliliyiniz hər vaxt qarşıdurmalara meydana yaradacaq. Həyatı, insanları, hadisələri və varlıqları bənzər bir zəmində qəbul edə bilirsinizsə bir-birinizə uyğunsunuz deməkdir.
Tərcümə Etdi:
NİGAR_CAVAD
 
 
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri