Evlilik və Ailə Terapiyaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 326
Səs ver:
(səs: 1)
Evlilik və ailə müalicələri, yoldaşların yaxşı niyyətinə baxmayaraq ortaya çıxan ünsiyyətsizlik problemini ortadan qaldıracaq, yoldaşlara kömək məqsədli proqramlardır. Evliliyinizdə yoldaşınızla birlikdə öhdəsindən gələ bilmədiyiniz uyğunlaşma və ünsiyyət problemləriniz varsa, tərəfsiz bir ailə terapistinə müraciət etməniz, həll üçün ata biləcəyiniz ən əhəmiyyətli addım ola bilər.
Evliliklərdə uyğunlaşma problemi və ünsiyyət pozuqluğu yaşayan cütlərdə mövzunu aralarında anlayışla və səmimiyyətlə danışmaq çox əhəmiyyətli bir addımdır. Problemlərin hər iki tərəfin ailələrinə köçürülməsi isə hadisənin daha çox böyüdülərək həllin daha da çətinləşməsinə səbəb olacaq; çünki ailə mühitindəki müzakirələr və günahlandırıcı danışmalar, ailələrin gözləmələrini ifadə ediş formaları, problemləri gücləndirərək təmir edilməz hala gətirəcək. Evlilik və ailə müalicələri, yoldaşların yaxşı niyyətinə baxmayaraq ortaya çıxan ünsiyyətsizlik problemini ortadan qaldıracaq, yoldaşlara kömək məqsədli proqramlardır.
Evliliklərdə çox geniş şəkildə yaşanan bir səhv, yoldaşların evliliyi çıxmaza sürüyən adam olaraq həmişə qarşılarındakını görmə və göstərmələridir. Ümumiyyətlə öz səhvlərinin fərqində olmazlar. Çox vaxt kişi, evlilikdə ortaya çıxan uyğunlaşmazlıqları düzəltmək üçün səy göstərmək yerinə evdən qaçmağı, işinə və yoldaşlarına daha çox vaxt ayırmağı, zaman zaman da içkiyə ya da evlilik xarici bir əlaqəyə istiqamətlənməyi seçər. Bu, bir mənada kişinin evlilikdə yaşadığı problemlərə reaksiya vermə şəklidir. Bu vəziyyət qadını, yoldaşı tərəfindən laqeydlik edildiyi duyğusu yaşamağa, bu səbəbdən bəzən yersiz qısqanclıqlara, davranış pozuqluqlarına, susqunluğa ya da ünsiyyətsizliyə itələyə bilər.

Tərcümə etdi:
PRETTY_GİRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 326
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri