Evlənmədən əvvəl bunları edin

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 230
Səs ver:
(səs: 4)
Yaz eşqi yaşayın! Yaz eşqi xatirələrin ən gözəlidir. Məsuliyyətdən və həyatın gerçəklərindən uzaq tətil günlərində qısa, əyləncəli bir eşq yaşayın. Peşman olmayacaqsınız!

 

Sevgilinizlə tətilə çıxın. Heç ayrılmamaq üzrə həyatlarınızı birləşdirirsiniz amma heç bütün bir həftə sonunu birlikdə keçirdinizmi? Birlikdə yaşaması çətin biriyləmi evlənəcəksiniz? Bunları öyrənmək və bir-birinizi daha yaxşı tanımaq üçün tətilə çıxın.

 

Büdcə planlaması edin. Subaylıq borclarınızı gələcək ərinizin üzərinə yıxmayın. Onsuz da toy xərclərinizi ödəməklə məşğul olacaqsınız. Bu səbəblə öz borclarınızı özünüz bağlayın.

 

Yemək bişirməyi öyrənin! Yalnız evləndikdən sonra birinin xüsusi aşbazı olacağınız üçün deyil, evə gələn qonaqlarınıza öz etdiyiniz peçenyeləri ikram edə bilin deyə, asan bir neçə tərif öyrənin. İrəlidə böyük bir ailəni ac buraxmaq istəməzsiniz deyilmi? 

 

Özünüz üçün pul xərcləyin! Hələ yalnız öz məsuliyyətinizi daşıyarkən və maddi olaraq kimsənin məsuliyyəti üstünüzdə deyilkən bahallı bir cüt ayaqqabı almanığın kimə zərəri olar ki?

 

Sevgilinizlə dalaşın və barışın. Problemlərin öhdəsindən gele bilmeniz əlaqənizin gücünü göstərər. Həyatınız boyunca bir çox müzakirə və problemlə qarşılaşacaqsınız. Bir cüt olaraq bunların öhdəsindən necə gələcəyinizi bilmək əhəmiyyətli.
Birini tərk edin! Bu xoş bir təcrübə olmağa bilər amma həyatınızda yaxşı getməyən bir şey olduğunda hadisələrə müdaxilə etməyi bilməlisiniz. Evliliyinizlə və yoldaşınızla əlaqədar sizi narahat edən bir mövzuya "dayan" deməyi də bilməlisiniz.

 

Ən böyük qorxularınızdan biriylə üzləşin. Həyatınız boyunca heç tək qalmamaq üçün evlənir olsanız da tək başınıza qalacağınız vəziyyətlər də olacaq. Bu vəziyyətlərin öhdəsindən gəlmək üçün etməkdən çəkindiyiniz bir şeyi tək başınıza edin!

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri