Ölkəmizdə
oğlanın qızı, qızın da oğlanı tanıması əsasən toy gecəsində olur. Yəni
ilk əlaqə vaxtı... Həm oğlan həm qız hər ikisi ilk gecəyə həyəcan içində
girir. Asan deyil bu, bir tərəfdən eşq və həmin günün yorğunluğu o biri
tərəfdən bilgisizlik və qapıda gözləyən yengə ))
Hər
hansı cinsi əlaqədə, bilgisizlik, qorxu, güvənsizlik varsa bunlar cinsi
əlaqənin baş tutmamasına və bacarıqsızlığa səbəb olur. Bu da ki, qızla
oğlan arasında həvəssizlik və ruh düşkünlüyünə səbəb olur.
Gecənin uğurlu olması üçün qız oğlana bildirməlidir o buna hazırdır ya
yox. Belə bir durumda oğlan qızı başa düşməlidir. Və biraz söhbət edərək
qızdakı həyəcanı yox etməyə çalışmalıdır. Oğlan nəzərə almalıdır qız
birinci dəfədir cinsi əlaqəyə girəcək. Təbii ki qorxu və həyacanın qızda
olmağı normal haldır.
İlk gecədə qız necə davranmalıdır?
İlk
gecə qız sadəcə olaraq özü özünü həm psixoloji həm də fizioloji
baxımdan cinsi əlaqəyə hazır saxlamalıdır. İlk öncə onu düşünməlidir ki
həyəcanın və əlaqəyə girmə qorxusunun heç bir mənası yoxdur. Çünki
əlaqəyə girmək onsuz da olmalıdır.
Ola bilər ki oğlanda həyəcan
çox olsun və panikaya qapılsın. Bu halda qız oğlana yardımcı olmalıdır.
Danışığı və sözləri ilə və s.
İlk gecə, ilk əlaqə qız üçün ağrılı olur?
Qadın
özünü cinsi əlaqəyə tam hazır hiss etdiyi vaxt vajinada (cinsi
orqanında) sulanma olur. Sulanma cinsi əlaqəni asanlaşdırır. Bu zaman
oğlan incə və yumşaq hərəkətlərlə qıza yaxınlaşmalıdır. Qızlıq pərdəsi
cırılanda qız hafif (çox az) bir ağrı hiss edir. Bu zaman qız öz
bedənini sərbəst və boş saxlamalıdır. Qız özünü nə qədər sərbəst və boş
saxlasa bu həm qız həm də oğlan üçün çox rahat olur.
İlk cinsi əlaqə vaxtı mütləq qanama olur?
XEYİR!
İlk cinsi əlaqə vaxtı qadınının qızlıq pərdəsindən qanama olmaya bilər.
Bu da ki, qızın bakirə olmadığı anlamına gəlməz. Hər qızın anatomik
forması bir-birindən fərqlidir. Qızlıq pərdəsi bəzən o qədər qalın olur
ki, oğlanın cinsi orqanı içəri girdikdə belə həmin pərdə cırılmır. Belə
halın olması yalnız o anlama da gəlməz ki, qızlıq pərdəsi qalındır. Ola
da bilər qız özünü cinsi əlaqəyə hazır bilmir, qorxu hissi keçirir və öz
bədənini gərginlik altında saxlayır. Əgər problem həqiqətən pərdənin
qalınlığındadırsa, onda qızı Ginekoloqa ya da ki Cərrah həkiminə aparmaq
lazımdır. Elə qızlar var ki onlarda qızlıq pərdəsi anadangəlmə olmur.
Bunu dəqiqləşdirməkdə isə həkimlər də çətinlik çəkir.
İlk cinsi əlaqə vaxtı qanama nə miqdarda olmalıdır?
Əslində
qanama qızdan qıza fərqlidir. Ola da bilər ki, qanama o qədər az olsun
ki, heç qadının orqanından xarice cıxmasın. Ola da bilər ki, qanama
həfif bir formada yarım saata qədər davam etsin. Əgər oğlan əlaqəyə
girmək üçün tələssə və qız əlaqəyə hazır olmasa + qızlıq pərdəsi də
qalın olsa qanama qızlıq pərdəsindən vajinanin içinə doğru yırtıla bilər
və qanama çox olar. Belə bir durumda dərhal qızı həkimə aparmaq
gərəkir.
İlk cinsi əlaqə nə qədər vaxt olmalıdır? Və neçə gündən sonra əlaqəyə girmək olar?
Əslində məsləhət görülür ki, qızın bakirəliyi dəqiqləşəndən sonra əlaqə
dayandırılsın ona görə ki, sürtünmə vaxtı qızlıq pərdəsinin yerində
qanamalar yarana bilər. İlk gecənin uzun olmamağı məsləhət görülür. İlk
əlaqədən 3 gün keçdikdən sonra yenidən əlaqəyə girmək olar. Burda artıq
vaxt məhdudiyyəti qoyulmur. Sual yarana bilər ki, niye ilk əlaqədən
sonra 3 gün gözləyib sonradan əlaqədə olmalıyıq? CAVAB: Çünki insanın
adicə barmagında da qanama olanda həmin qanamanın yeri qaysaqlanır. Və
az müddət sonra həmin qaysaq quruyub düşür barmaq əvvəlki vəziyyətini
alır. Qızlıq pərdəsində də qanama olduğu üçün həmin yer qaysaqlanır və
onun yeri 3 gün keçəndən sonra sağalır buna görə də 3 gün gözləmək
lazımdır..
Bütün
subaylarçın olsun. Qorxmaq lazım deyil. Amma bu o dəmək deyil ki, bunu
həmin gecəyədək qızlar gedib prob eləsinlər )) Həmin gecəyədək özünü
saxlayan bütün qızlara halal olsun!