Ailədə birliyi necə qorumalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 282
Səs ver:
(səs: 0)
Hər bir ailə yad həmlələrdən qoruması lazım olan müqəddəs yer, qaladır.
Ər və arvad bir-birləri üçün hər şey olmalıdırlar. Qadın başqaları ilə bölüşdüyü sirləri ərindən gizli saxlamalı deyil, eləcə də kişinin yad adamlara danışdığı, lakin arvadından gizli saxladığı sirri olmamalıdır. Ərinin çatışmayan cəhətləri qadının, qadının çatışmayan cəhətləri isə ərinin ürəyinə dəfn olunmalıdır. Həyat yoldaşları heç vaxt qarşı tərəfin qəlbinə toxuna biləcək zarafatlara yol verməməlidirlər. Ər və arvad hətta zarafatla da olsa, bir-biri haqqında tanışlara şikayətlənməməlidirlər. Çünki bu, tamamilə zarafatyana görünsə də hər iki tərəf üçün xoşagəlməz hal yarada, hətta onları yadlaşdıra bilər.

Ailəni, öz əksimizi gördüyümüz güzgü kimi qiymətləndirməliyik.
Dostlar və tanışlar ailə həyatına qarışmamalıdırlar. Həyat yoldaşları əmin olmalıdırlar ki, bütünlüklə bir-birinə aiddirlər. Bu, onlara sərbəstlik, rahatlıq və etibar kimi hisslər bəxş edir.
Çalışın ki fikir ayrılığı ailənizə yol tapmasın. Əgər siz bir-birinizə can atsanız, fikir ayrılığı aradan qalxacaq və yenidən ailədə məhəbbət hökm sürəcək. Ər və arvad bilməlidirlər ki, yaranmış münaqişələrə görə həyatlarını korlamadan daim irəliyə getməlidirlər.

Birliyin sirri
Ailədə və cəmiyyətdə münaqişə və çəkişmələrin səbəbi Allahdan uzaqlaşmaqdadır. Həqiqi birliyin sirri nə diplomatiyada, nə problemlərin öhdəsindən gəlmək bacarığında, nə də çətinlikləri üstələməyə yönəlmiş qeyri-insani qüvvələrin böyüklüyündədir, yalnız Allaha yaxınlaşmaqdadır.
Günəş şəkli təsvir olunmuş rəsmlərə diqqət yetirin. Mərkəzdən kənarlara doğru çoxlu sayda şüalar axır. Mərkəzə yaxınlaşdıqca şüalar bir-birinə daha yaxınlaşır. Allaha nə qədər çox yaxınlaşsaq, bir-birimizə da bir o qədər çox yaxınlaşırıq.
Ailənin daxili işləri müxtəlif çoxsaylı detallardan ibarət yaxşı nizamlanmış mexanizm kimi səssiz həyata keçirilməlidir.

Ailənin hər bir üzvü bilməlidir ki, o, rahatlıq, səliqə və intizam yaratmaq üçün cavabdehlik daşıyır.
Heç kəs başqasının qarşısında maneə yaratmamalıdır. Hamı bir-birini ruhlandıraraq, xeyirxah işdə birlikdə iştirak etməlidir. Mülayim, təmkinli və hövsələli olmaq, astadan, sakit səslə danışmaq, anlaşılmazlıqlardan uzaq durmaq lazımdır. Ailənin hər bir üzvü bilməlidir ki, ailədə çiyin-çiyinə hərəkət etmək lazımdır. 6 yaşlı uşaqlardan başlayaraq hamı bilməlidir ki, onlardan ailənin ümumi işində yardımçı olmaq tələb olunur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri