Kişi və qadın münasibətlərinə dair daha bir qəribə fakt üzə çıxıb.
Almaniya alimlərinin apardıqları araşdırma zamanı maraqlı nəticə qeydə
alınıb. Alimlər indiyədək heç kimə məlum olmayan qeyri-adi
qanunauyğunluğu üzə çıxarıb: əgər kişi özündən xeyli kiçik qızla
evlənirsə, bu onun ömrünü uzadır. Bu hal qadınlara əksinə təsir
göstərir. Yaşlı kişiyə ərə getmiş qızın ömrü qısalır. Araşdırma
nəticəsində məlum olub ki, xanımından 7 – 9 yaş böyük olan kişilərin tez
ölmək risqi digərləri ilə müqayisədə 11% azdır. Həyat yoldaşından kiçik
olan kişilər isə ömrünü daha tez başa vurur. Qadınlarla bağlı vəziyyətə
gəlincə isə özündən 7 – 9 yaş böyük kişiyə ərə gedən xanımlarda
vaxtından əvvəl dünyasını dəyişmək risqi 20% artıqdır.