Kişilər üçün evlilik həyatı

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 5 079
Səs ver:
(səs: 3)
Kişilər evliliklərində, yoldaşlarıyla həm yoldaş həm sevgili olmaq, nizam və dinclik axtararkən bir tərəfdən də azad qalmaq istəyirlər...
Qısaca, evlilikdə həm qadının həm kişinin işi çətindir...

Nizam
Evlilik, qadınlar üçün olduğu qədər kişilər üçün də bir nizam formasıdır. Bu nizamı icra edə bilməmək kişiyə müvəffəqiyyətsizlik kimi gəlir. Bu səbəbdən kişi, əvvəlcə evlilik nizamının oturmasını və relsində getməsini istər.

Hüzur
Yenə qadınlar kimi kişilər də evlilikdə hüzur, yoldaşı tərəfindən başa düşülmək, ünsiyyət qura bilmək, xarici dünyanın stresslərindən sonra evdə özünü qəbul edilmiş və əhəmiyyət verilən hiss etmək istər.

Diqqət
Həmişə qadınlar da, kişilər də evlilikdə yoldaşlarından diqqət gözləyərlər. Xüsusilə yoldaşları işləyirsə, evdəki məsuliyyətlərini laqeyd yanaşmamalarını istəyərlər. Həyat müştərəkdir. Evdəki işləri paylaşan kişilər, arta qalan zamanda diqqət görməyə də layiqdirlər.

İnam
Kişilər evlilikdə yoldaşlarından inam gözləyərlər. Həmişə ondan şübhələnən, sorğulayan bir yoldaş istəməzlər.

Uşaq
Evlilik, uşaq sahibi olmanın qanuni yolu olaraq görülür. Bu səbəbdən kişilər, evlilikdən uşaq gözləyərlər. Təbii ki, hazır olduqları zaman...

Azadlıq
Kişilər, evlilikdə fərdi həyatlarını da rahatlıqla yaşaya bilmək istəyərlər. Buna, kişi dostlarıyla gecə çölə çıxmaq, tətilə getmək də daxildir.

Analıq
Kişilər, evlilik əvvəli analarından gördüklərini də yoldaşlarından gözləyərlər. Sevgi və şəfqət göstərməsinin yanında dağınıqlıqlarını yığışdıran, xatırlayan və idarəçi bir yoldaş istəyərlər.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri