Mükəmməl bir evlilik üçün nələr etməniz lazımdır?

Müəllif: NoName
Şərhlər: 9
Baxılıb: 1121
Paylaş:
Səs ver:
(səs: 0)
Həyat yoldaşınızla razılaşa bilmədiyiniz zamanlar əsla ümidsizliyə qapılmayın ,sevimli xanımlar. Evlilik həyatı uzun illər davam edər və cütlüklər əlbəttə də bir-birlərini anlamaya bilər. Amma yoldaşınızla bir-birinizi anlamamağınız dünyanın sonu deyil. Evlilik təşkilatında üzərinizə düşən vəzifələri yerinə yetirin, yoldaşınıza davranmanız lazım olduğu kimi davranın və onun da sizə eyni həssaslıqla yaxınlaşmasını təmin edin.

Yaxşı bunu necə edəcəksiniz?Kişilər qadınlar kimi kompleks düşünməz. Kişi səssizkən onu sıxmamaq və danışmağa məcbur etməmək lazımdır. Kişilər stresliykən səssiz qalmağa üstünlük verirlər. Bu vəziyyət, yalnız sizin yoldaşınızın etdiyi bir şey deyil. O səbəblə də, əsla mənim yoldaşım mənimlə danışmağı sevmir deyərək kədərlənməyin.Yoldaşınız üçün qeyri -adi bir həyat yoldaşı olmaq istəyirsiniz? Mükəmməl bir evlilik üçün nələr etməniz lazımdır, bilirsinizmi?Xoşbəxt bir evlilik üçün nə etmək lazım olduğunu bilməyənləri üçün gözəl bir qaynaq ola biləcəkbir kitab var:Yazar olan ər-arvad , Linda və Charlie Bloom, 'Kaş ki Evləndiyiniz Zaman Bunları Bilsəydim' başlıqlı kitabda evliliklə əlaqədar 6 gerçəyi bu şəkildə sıralayır:

1 - Birini Bütün qəlbi ilə  sevərkən, eyni zamanda ona bütün qəlbinlə də nifrət etmək mümkündür.

2 - Əgər yoldaşınız yanınızda olanda özünüzü xoşbəxt hiss etmirsinizsə, onunla əsla xoşbəxt bir evlilik davam etdirə bilməzsiz.

3 - Haralarda səhv edildiyini araşdırmaq yerinə,fikrinizi hər şeyi doğru etməyə cəmləsəz çox daha ağıllıca bir davranış olar.

4 - Cinsi birləşmənin qüsursuzluğu evliliyi mükəmməl etməz, amma doğrusu faydası da çoxdur.

5 - Qarşı cinsdən olan birinden xoşlansa belə bu hal evliliyi bitirməz, yalnız bir az zədələyər.

6 - Əgər həyat yoldaşınız bir məsələni əhəmiyyətli sayırsa, onun həqiqətən əhəmiyyətli olduğuna inanmaq məcburiyyətindəsiniz.

Yoldaşınızla, uzun bir eşqbazlıq dövrü yaşamış olsanız da eyni dam altında evli bir cütlük olunca, bir-birinizi çox da yaxşı tanımadığınızı fərq edəcəksiniz.

Belə bir dəyərli fikir vardır: "Kişi, evində pinjamasını geyinib kreslosuna oturmadıqça, onu kifayət qədər tanıya bilməzsiz "deyərlər. Bu sözlərə qulaq asmaq gərək. Evləndiyiniz adam, əvvəllər sizə həmişə müsbət xüsusiyyətləri ilə özünü göstərib. Onun xüsusi vərdişlərini, birlikdə yaşamağa başlamadan əvvəl bilməniz bir az çətin olur.

Yeni həyatınızın ilk günlərində, bir-birinizə keçmişinizdən söz edəcəksiniz. Uşaqlıq illəri, ailələr, qohumlar, dostlar bir-bir izah ediləcək. Bu vaxt yoldaşınız bəlkə ilk eşqinizi öyrənmək istəyəcək. Bəlkə siz daha əvvəlki romantik əlaqələrinizi yoldaşınıza izah etməkdən qaçacaqsınız. Təbii ki,siz susqun qaldıqca yoldaşınızın marağı artacaq və sizi danışmağa məcbur edəcək. Eyni vəziyyət sizin üçün də geçərlidir. Yoldaşınızın keçmişini detallarıyla öyrənməyə haqqlı olduğunuzu düşünəcək və sualları arxa - arxaya verəcəksiniz.

Keçmişin mühasibliyi edilərkən qadın da kişi də çox diqqətli olmalı. Eşqbazlıq cavabların yerinə gerçəkləri çox detala girmədən izah etməli. Heç bir sirr, ər arvadın arasına girməməli. Bəlkə bəzi gerçəkləri gizləyərək o gün üçün vəziyyəti idarə etmiş ola bilərsiniz. Amma yoldaşınızın hər şeyi başqalarından öyrənməsi ehtimalının yüksək olduğunu da unutmayın.

Qadının da kişinin də keçmişdə qalan həyatının yeni həyata kölgə salması, xoşbəxtliyə zərbə vurar. Bu səbəblə qadının da kişinin də yetkinlik göstərib, keçmişdəki hadisələri saymaması iki tərəfin də leyhinədir.

Evlilikdə qadının da, kişinin də məsuliyyətləri bərabər olaraq paylaşmağı başdan qəbul etmək, çox şeyi dəyişdirər. Qadın, yalnız bişirdiyi yeməklərlə, ev içindəki razılaşmaların yuvasının xoşbəxtliyini təmin edəcəyini düşünməməli. Kişi də yalnız evdə hər işinin görülməsinin kafi olacağına inanmamalı.

Evlilik, eyni zamanda bir ortağlıqdır. Qadın, yoldaşının yeməyi qədər düşüncələri, problemləriylə maraqlanmalıdır. Ər-arvad, bir-birlərinin zövqlərini paylaşmalı. Evdə, iki yoldaş kimi dərtləşib, problemləri birlikdə həll etməlidir.

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1121
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
evli insanlarcin yaxsi meslehetlerdir
8 iyul 2015 16:37
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GünƏşimƏ_AiD_
Evlilik menace cetin ishdi...
Sadece dogru zamani ve dogru insanI tapmaq lazimdi..eslinde o insane ozu seni tapir.
4 iyul 2015 19:24
8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Happy
Sitat: Dosta_inam
İndiki dövrde evliliyi qoruyub saxlamaq çetin mesele olub,bu gün evlenib sabah ayrılırlar,bezen çox sevib evlendiyi insanla bele xoşbext olmayıb ayrılanlar varki,teşekkür.
4 iyul 2015 18:20
7
Offline
aliceWOnDer
Sitat: _Mira_Yaman_
Her birimizin qarwisina heqiqeten bizi seven biri cixar insaALLAH. Cunki indi evliliy cetin mesele olub

Tam raziyam, amin
4 iyul 2015 16:42
6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Mrs.A
Her birimizin qarwisina heqiqeten bizi seven biri cixar insaALLAH. Cunki indi evliliy cetin mesele olub
4 iyul 2015 15:35
5
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Dosta_inam
İndiki dövrde evliliyi qoruyub saxlamaq çetin mesele olub,bu gün evlenib sabah ayrılırlar,bezen çox sevib evlendiyi insanla bele xoşbext olmayıb ayrılanlar varki,teşekkür.
4 iyul 2015 12:33
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
qanadli melek
Mukemmel bir evlilik ucun mukemmel bir kiwi lazimdi oda hardadi ey)))
4 iyul 2015 11:20
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Her iki teref evliliyi davam eletdirir. Eger bir terefde problem sevgisizlik varsa bu diger terefede yansiyir ona gore sevmediyiniz tanimadiginiz insanla evlenmeyin
4 iyul 2015 11:05
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Birini Bütün qəlbi ilə sevərkən, eyni zamanda ona bütün qəlbinlə də nifrət etmək mümkündür.
bu mənə aid.çox qəribədir eyni ilə mən
4 iyul 2015 10:42
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook